Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz Məmmədov necə baş nazir təyin edildi?

Detallar açıqlanır

Azərbaycanın Baş naziri olmaq təklifi mənim üçün də gözlənilməz oldu”.

PİA.AZ Unikal.org-a istinadən xəbər verir ki, bu sözləri Baş nazir Novruz Məmmədov “Space” telekanalına yayımlanan "Sadə həqiqətlər" verlişində açıqlamasında bildirib.

N.Məmmədov vurğulayıb ki, Azərbaycanda son prezident seçkilərindən sonra ona Baş nazir postu təklif edilib:

“Hamımız çox razılıq, mənunluq içərisində idik. Seçkilər çox gözəl keçdi. Cənab prezident çağırıb dedi ki, səni Baş nazir olmağını təklif edirəm. Elə vəziyətdə qaldım ki... Fikirləşdim, bu mümkün olan şey deyil!

Cənab prezidentə dedim ki, Baş nazir olmağı mən bacarmaram... Hə, bunu dedim cənab prezident İlham Əliyevə. Dedim ki, sizin etimadınızı doğrulda bilmərəm. Mənim üçün bu çətin olar. Dedi ki, yox. Mənim bir neçə namizədim var. Onlardan biri sənsən. Düzü bu söz mənə biraz rahat oldu ki, məndən başqa da namizədlər var.

Ondan sonra bir dəfə də belə söhbətimiz (red: prezident İlham Əliyevlə) oldu. Onda da eyni təklifi etdi. Dedi ki, get fikirləş!? Sonra fikirləşirdim ki, bu vəzifənin öhdəsindən necə gələcəyəm?

Bunu fikirləşə-fikirləşə bir neçə gün keçdi. Zəng etdi (red: prezident İlham Əliyev) dedi ki, Novruz Məmmədov sabah gedirsən Milli Məclisə...

Daha heç bir şey fikirləşməyə (red: prezident İlham Əliyev) qoymadı.(Gülür) Başa düşürəm bu vəzifə böyük etimaddır. Amma, mənim yükümü daha da çoxaldıb”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar