Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz Məmmədov: "Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"

Azərbaycanın Baş naziri Pakistan Senatının sədri ilə görüşüb

Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakıda səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari ilə görüşüb.

N.Məmmədov Məhəmməd Sadiq Səncarini Pakistan Senatının sədri seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan-Pakistan münasibətlərindən danışan Novruz Məmmədov ölkələr və xalqlar arasındakı əlaqələrin böyük tarixi köklərə malik olduğunu vurğulayaraq deyib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir: "Ölkələrimiz arasında əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli formatlarda inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına öz töhfəsini verəcək”.

Baş nazir Azərbaycan-Pakistan münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin də mühüm rol oynadığını deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan N.Məmmədov bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Pakistan tərəfinə minnətdarlığını ifadə edib.

Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncari Novruz Məmmədovu Baş nazir təyin edilməsi və Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təbrik edib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

O, Pakistanın Baş naziri İmran Xanın salamlarını Novruz Məmmədova çatdırıb.Pakistan ilə Azərbaycan arasında səmimi dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğulayan Senatın sədri yüksək səviyyəli səfərlərin, görüşlərin bu münasibətlərin daha da inkişafına təkan verdiyini deyib. Məhəmməd Sadiq Səncari Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən dövr ərzində Pakistan Prezidentinin, Baş nazirinin, Senat sədrinin ölkəmizə bir neçə dəfə səfər etdiklərini xatırladıb, həmin səfərlər zamanı keçirilən görüşlərin, aparılan müzakirələrin ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynadığını bildirib.

Görüşdə ölkələr arasında ticarət dövriyyəsinin artırılması, sərmayə qoyuluşu imkanları, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. (report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar