Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

"Tofiq Yaqublunun döyüldüyü məlumdur, elə onun gözlərindən bilinir. Hazırda araşdırma işi aparılır, istintaq gedir. Hər şey aydın alacaq. Tofiq Yaqublunu məndən çox istəyən yoxdur. Onun özünü də, elə qızını da həbs edəndə yüz dəfə qapılara getmişəm. Qələt edib onu döyüblər. O, döyülməməli idi. Elə bilirsiz, biz gedib deyirik ki, yaxşı edib döyümüsüz?! Əlbəttə ki, yox. Biz hər zaman döyməyi və təhqir etməyi pisləşmişik".

Bunu Pravda.az-a açıqlamasında Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Milli Şuranın üzvü Tofiq Yaqublunun döyülməsi və həbsdə olan Saleh Rüstəmovun işi barədə danışarkən deyib.

N.Cəfəroğlu sözügedən məsələlərlə bağlı narazılığını ifadə edib: “Biz yalnız onlar barədə deyil, həbsxanada yatan hər kəs haqqında danışmalıyıq. Deyirlər ki, guya biz 3 ildir ki, Saleh Rüstəmovun yanına getmirik. Yalandır, biz ötən 3 ildə onun işi ilə mütəmadi məşğul olmuşuq. Pandemiya dövründə müəyyən məhdudiyyətlər var idi. Qardaşı ilə görüşməyə, yaxınları ilə danışmağa şərait yaradılmırdı. Biz müəyyən tədbirlər görərək vəziyyəti yaxşılaşdırmışıq. Saleh Rüstəmovun vəziyyəti ilə bağlı Çingiz Sultansoy Avropadan məsləhət verir. Gəlin, burda oturun, burdan etirazınızı bildirin. Müəyyən işlər görən, əlindən gələni edən yeganə 3 nəfər xanımıq, amma bizi də bombardmana tutublar. Biz daxili işlər naziri Vilayət Eyvazovla Saleh Rüstəmovun məsələsi ilə bağlı da danışmışıq, dəfələrlə müraciət edərək siyasi məhbusların buraxılmasını istəmişik. Bildirmişik ki, belə olan halda mitinqlər keçirilməz, bizim də başımız dinc qalar. Avropadan zəng edib deyirlər ki, bacıma, qardaşıma söz deyiblər, qarşısını alın. Almışıq. Həbsxanalara gedib məsələ həll etmişik, ciblərinə pul qoymuşuq. Bəsdirin də! İndi də Tofiqin ortaya çıxmağı Salehi gündəmdən çıxartdı”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar