Çərşənbə, 19 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Novella Cəfəroğlu: Azərbaycanda “ömürlük”lərin cinayət işinə yenidən baxılacaq 

Fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Azərbaycanda Qobustan qapalı tipli həbsxanasında ömürlük cəza çəkən məhbusların cinayət işlərinə yenidən baxılması nəzərdə tutulur...

 

PİA.az bildirir ki bu barədə Oxu.Az-a İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib:

“Ömürlük həbs həyatı yaşayanlar bizə müraciət edirlər. İşçi Qrupuna daxil olan hüquq müdafiəçiləri kimi, biz məsələni mütəmadi olaraq rəsmi səviyyədə qaldırırıq. Bizə problemə parlament seçkilərindən dərhal sonra baxılması haqqında vəd verilib”.

2017-ci il fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladığı sərəncamın 20 ildən çox cəza çəkənlərə də aid olacağı haqqında məlumat verilmişdi.

N.Cəfəroğlu sonra qeyd edib:

“Ömürlük həbs cəzası çəkənlərin işinə onların törətdiyi cinayətin ağırlıq dərəcəsindən asılı olaraq baxılacaq. Hazırda bu məsələ gündəmdədir. Xüsusilə ağır cinayətlərə görə məhkum olunanlara qarşı yumşalmanın şamil olunacağını isə gözləmək lazım deyil".

Yeri gəlmişkən, Qobustan həbsxanasında ömürlük həbs cəzasının 30 ilədək azadlıqdan məhrumetmə ilə əvəz olunması barədə söhbətlər gəzir.

Adının gizli qalmasını istəyən dustaqlardan biri Oxu.Az-a məlumat verib ki, ölüm hökmü ləğv ediləndən sonra 1998-ci ildə Qobustan qapalı həbsxanasına köçürülən 128 nəfərdən bu gün yalnız 20-dən çox məhbus yaşayır.

“Yaxın zamanlarda təqribən 25 məhbus cinayət işinin yenidən baxılması üçün müraciət etsə də, onların sənədləri geri qaytarılıb. Deyirlər ki, bu il Cinayət-Prosessual Məcəlləsinin bəzi maddələri üzrə cəza müddətinin azaldılması ilə bağlı dəyişiklik edilə bilər”, - deyə məhkum bildirib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar