Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Növbəti tender müəmması: yayın cırhacırında "bahar satınalması"...

Növbəti tender müəmması

Azərbaycanda keçirilən dövlət satınalmaları mütəmadi olaraq ictimaiyyətdə müzakirə və mübahisə mövzusuna çevrilir. Bu, tenderləri udan şirkətlərdən tutmuş satınalmaların məbləğinədək bir çox səbəbdən qaynaqlanır.
Bir neçə gün əvvəl ölkəmizdə daha bir maraqlı satınalma baş tutub.

Belə ki, Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi "Bulvara bahar gəlir, yaz gəlir" adlı tədbirin təşkili üçün tender elan edib. Avqustun 21-də baş tutan satınalmanın qalibi isə Əziz Fatehoviç Əzizov ad-soyadlı fərdi sahibkar olub.

Düzdür, tenderin məbləği ölkədəki digər diqqətçəkən satınalmalarla müqayisədə kifayət qədər cüzi görünür – cəmi 10 min 420 manat.

Ancaq bu tenderi maraqlı edən "bulvara baharın gəlişi" ilə bağlı nəzərdə tutulmuş tədbirin satınalmasının ilin-hünün bu vaxtı – yayın qızmar çağında, avqust ayında keçirilməsidir.

Üstəlik, "nəzərdə tutulmuş" ifadəsi də "havada qalır"; çünki dəqiq məlum olmur ki, həmin satınalma ötən baharda keçirilən tədbirin satınalmasıdır, yoxsa növbəti baharda keçiriləcək tədbirin?

Hər bir halda sual yaranır: artıq keçirilmiş tədbir üçün satınalma niyə aylar sonra baş tutur, ya da hələ 7 ay sonra keçiriləcək sıradan bir bahar bayramı tədbiri üçün indidən tenderə nə gərək var?! (Qaynarinfo)

Pia.az

 

 


Etiket: Bulvar tender

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar