Çərşənbə axşamı, 25 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Nonsens: Şirvan Şəhər Ərazi İdarəsinin mühəndisi özü verdiyi “Çıxarış”ı tanımaqdan imtina edir…

Neftçala rayonunda notarial qaydada ev alan vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Şəhər Ərazi İdarəsindən “Çıxarış” ala bilmir.

Replika TV-yə müraciət edən Neftçala sakini Əliyev Ramil Paşa oğlu bildirir ki, o, bir müddət əvvəl Neftçala şəhəri Məmmədəmin Rəsulzadə küçəsində həyat yoldaşı Sailova Nuriyə Vaqif qızı adına notarial qaydada aldığı evinə yeni “Çıxarış” ala bilmir. Səbəb isə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Şəhər Ərazi İdarəsinin mühəndisi Arif Cəfərovun notarial qaydada alqı-satqının həyata keçirildiyi köhnə “Çıxarış”ı qəbul etməməsidir.

Mataqlıdır ki, sözü gedən evə köhnə “Çıxarış”ı elə Arif Cəfərovun özü verib. İndi isə nə baş veribsə, cənab Cəfərov özünün verdiyi “Çıxarış”ı qanunsuz hesab edir.

Şikayətçi bildirir ki, əslində Arif Cəfərovun ondan yeni “Çıxarış” üçün nə istədiyini bilir və qarşı tərəfdən də ona bununla bağlı bir neçə dəfə eyham da vurulub.

Ramil Əliyev qeyd edib ki, o, dəflərlə Şirvan Şəhər Ərazi İdarəsində olub. Ona heç bir qəti cavab verilmir və məsələ sadəcə yubadılır. Son zamanlar isə Şirvan Şəhər Ərazi İdarəsinin işçiləri tərəfindən ona qarşı kobudluq olunduğunu vurğulayan şikayətçinin sözlərinə görə onun qanuni tələblərini heç kim nəzərə almaq istəmir. Son olaraq idarənin 0212150811 nömrəsi ilə əlaqə saxlayan Əliyevə bildiriblər ki, onun işinə mühəndis Arif Cəfərov baxır və onlara deyil, elə Arif Cəfərovun özünə müraciət etsin. Arif Cəfərov isə heç bir qanuni əsas gətirmədən ona yeni “Çıxarış” vermir.

Ramil Əliyev deyir ki, Arif Cəfərov uzun illər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Salyan rayon şöbəsində çalışıb və eyni zamanda Müsavat Partiyasının Salyan rayon təşkilatının Məclisinin sədri olub. Müxtəlif seçkilərdə çıxışları zamanı Arif Cəfərov vurğulayıb ki, Müsavat Partiyası hakimiyyətə gələrsə, ölkədə, o cümlədən Salyanda haqq-ədalət bərpa olunacaq, vətəndaşların qanuni haqqları bütün sahələrdə təmin olunacaq. Görünür ki, Arif Cəfərovun və onun təmsil olunduğu Müsavat Partiyasının “haqq-ədalət” anlayışı belə işləyir və cənab Cəfərova görə vətəndaşın qanuni haqqı ancaq rüşvət almaqla təmin oluna bilər… (Replika TV)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

"Vəzifəli məmurların arvadları sevgili saxlayır", deyən qalmaqallı psixoloq danışdı - Video

Cavid Qurbanovun qumar monopoliyası — "Topaz" rəqiblərini sıradan çıxarır...

Əvəz Qocayev Cavid Qurbanovun yerinə iddialıdır…

"Qələt edirlər, başlarını daşa döyürlər, qeyrətləri varsa..." -Müşfiq təhqirə keçdi

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

"Polis dedi, 2000 verməsən, videonuzu yayacağam" - Yol polisi heykəltəraşı şantaj edir?

"KVN rəzalətinin arxasında Diasporla İş üzrə Dövlət Komitəsi dayanıb" – Tahir İmanov

Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı

Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var

"Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır" - Paşinyan

Ən çox oxunanalar