Şənbə, 16 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Noldu ibn Zayed!” - Afrin və Liviyadan sonra Qarabağda da məğlub oldun...

Ərəb-İsrail “normallaşması” adı altında Fars Körfəzindən Qırmızı dənizə qədər olan bölgədə Türkiyə əleyhinə ittifaq yaranır...

İbrahim Karagül
“Yeni Şafak” qəzeti, Türkiyə, 23 noyabr 2020-ci il

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir rejimi, İsrail və ABŞ tərəfindən hazırlanan bu bucaq BƏƏ-dən Məhəmməd ibn Zayed və Səudiyyə vəliəhdi şahzadə Məhəmməd ibn Salman vasitəsilə həyata keçirilir.

BƏƏ regionda Türkiyə düşmənçiliyinin ünvanına çevrilib. Məhəmməd ibn Zayed bütün regionda Türkiyə ilə müharibəyə girişib. 15 İyul hücumları da daxil olmaqla, Zayedin Ərdoğana olan nifrətinin çatmadığı yer qalmayıb.

Qarabağ müharibəsini o başlatdı

Onsuz da Suriyanın şimalında və Liviyada onun əli var idi. İraqda PKK ilə mübarizə aparılmasına qarşı çıxan da o idi. Sonuncu dəfə isə Ermənistanı Qarabağda Azərbaycana hücum etməyə sövq edən də məhz o oldu.

(Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan 44 günlük müharibə zamanı iki dəfə BƏƏ-yə səfər edərək Məhəmməd ibn Zayedlə görüşüb. Ermənistan prezidentinin sonuncu səfəri isə üçtərəfli bəyanatın imzalanmasından iki gün sonra baş tutub.-pia.az) Həmçinin, Türkiyəyə qarşı iqtisadi hücumlara təkan verib. Bir sözlə, Türkiyənin bu cəbhələrdə apardığı mübarizəyə hər zaman mane olub.

Zayed birbaşa olaraq ABŞ və İsrail kəşfiyyatına bağlı şəkildə işləyir, Qərbin regionda “Türkiyəni dayandırmaq” planlarının icraçısı kimi çıxış edir, Ərəb dünyasını İrandan sonra indi də Türkiyə ilə qarşıdurmaya sövq edir, bütün bölgəni İsrail üçün “normallaşdırır”, amma ərəb regionunu, əslində, daha böyük bir çöküşə sürükləyir.

Zayed Səudiyyə vəliəhdindən istədiyi kimi istifadə edir

Zayed Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanı bir növ “istifadə edilmiş axmaq” kimi sahəyə çıxarır. Beləliklə, Səudiyyə Ərəbistanının siyasi-iqtisadi gücünü də Türkiyə ilə müharibəyə sürükləyir.

Trampın kürəkəni Cared Kaşner vasitəsilə də ABŞ-ın gücündən istifadə edir. Bu bölgə iki vəliəhd şahzadə və Trampın kürəkəni vasitəsilə dizayn olunsa da, əsas işi İsrail kəşfiyyatı aparırdı.

Bu istiqamət Misirdə, Sudanda çevriliş etdi və Liviyada bir terror dövləti qurmağa çalışdı. Yəməni dəhşətli əzablar içində boğdu və ölkənin bəzi bölgələrini işğal etdi. Bir çox ərəb ölkələrinə İsrail ilə sülh bağlamaları üçün təzyiq, şantaj və təhdid etdi.

İslamla hesablaşmağa çalışan adam

Bu istiqamət bütün terror təşkilatlarını Türkiyəyə və Ərdoğana qarşı səfərbər etdi və böyütdü. Türkiyəyə də hücum edildi. Yalnız İraqda və Suriyada deyil, Türkiyə daxilində də terror hücumları inşa edildi.

Bu istiqamət İsrailin ifrat sağçı və ABŞ şahinlərinin “İslamla müharibə” doktrinasını qəbul etdi. İsrail kəşfiyyatı “normallaşma” adı ilə onlara verdisə, onu da tətbiq etdilər. Qüdsü İsrailə satdı, Məkkə və Mədinə üzərindən sövdələşmələr həyata keçirdi, “Peyğəmbər Xeybərdə səhv etdi”, dedi və İsrailə təzminat ödənilməsini tələb etdi. Hətta “Qüds müsəlmanların ilk qibləsi deyildi”, dedi.

Bu vəziyyət İslam mədəniyyətini və siyasi iddialarını tamamilə rədd edir, bu irsi müdafiə edən hər kəsə qarşı müharibə elan edir və yeni tiran sistemlər inşa edir.

Onların fikrincə, Tramp “istifadəyə yararlı bir axmaq” idi

O qədər alçaq işlərə imza atıblar ki, ərəb regionunu I Dünya Müharibəsindən sonra ikinci dəfə Qərbə hədiyyə edirlər. Yeni bir müstəmləkə nizamı qururlar.

Məhəmməd ibn Zayedin əli ilə I Dünya Müharibəsində qurulmuş işğal cəbhəsini yenidən qurulur. O dövrdə ingilis sıralarında dayananlar bu gün ABŞ və İsrail sıralarında toplaşırlar. O dövrdə Türkiyə ilə savaşmışdılar, bu gün də Türkiyəyə qarşı cəbhə qururlar. Tramp da onlar üçün “istifadəyə yararlı bir axmaq” idi. İstəklərini ən kobud şəkildə əldə edirlər. Qüdsü İsrailin paytaxtı etmək planı Trampın bu “axmaqlığına” əsaslanırdı.

Səudiyyə vəliəhdinə “əzik, axmaq” deyən adam Səudiyyə Ərəbistanını dağıtmağı planlaşdırır. Ancaq bu bucaq zəif idi və İsrailin təzyiqləri ilə ayaq üstdə dayanırdı. Türkiyəyə qarşı dayana bilməz. Türkiyə böyük siyasi ənənənin varisi olduğu üçün qarşı-qarşıya gəldikləri hər yerdə onları əzirdi.

Zayed Səudiyyə Ərəbistanını barmağında oynadır, Səudiyyə vəliəhdi vasitəsilə istədiyini edir. Amma digər tərəfdən, Məhəmməd ibn Salmana etibar etmir, onu izlətdirir, İsrailin kəşfiyyat aparatları ilə onu dinləyir, onu “axmaq, əzik” adlandırırlar.

Səudiyyə Ərəbistanı bu bucaq tərəfindən yalnız “qalxan” kimi istifadə edilir. Əslində, oyun Səudiyyə coğrafiyasında qurulub. İraqSuriyadan sonra ilk dağılma Səudiyyə Ərəbistanında olacaqdı, yəni dağılmalı olan ölkə ora idi. Səudiyyəlilərə diktə edildiyi kimi Türkiyə və İrandan bir təhdid gəlməyib. Təhlükə Məhəmməd ibn Zayed və İsrail idi. Məhv edən də məhz onlar olacaqdı.

Ərdoğan-Kral görüşünün mənası nədir?

İndi Riyad rəhbərliyinin bu vəziyyəti nə qədər dərk etdiyini zamanla görəcəyik. Ancaq Tramp getdikdən sonra səudiyyəlilər üçün vəziyyətin necə ağırlaşdığını başa düşmək üçün bir fürsət yaranıb. Əgər vəliəhd Məhəmməd ibn Salman Zayedin əlindən xilas edilsə, bütün coğrafiyanı məhv edəcək bir dəlinin qarşısı alına bilər.

Prezident Ərdoğanla Səudiyyə kralı Salman arasında şənbə günü aparılan telefon danışığı bir fürsət və ya normallaşma yarada bilərmi? Ər-Riyad rəhbərliyi artıq Türkiyəni düşmən yerinə qoymaqdan əl çəkməlidir. Buna Türkiyədən çox, özlərinin ehtiyacı var.

Türkiyə Şərqdən mühasirəyə alınacaqdı. Əsas hesab bu idi. Lakin bu plan işləməz. Bununla birlikdə, BƏƏ-İsrail bucağının, Zayedin nəzarətsizliyinin Riyad tərəfindən gec-tez qəbul ediləcəyinə ümid etməliyik. Əks təqdirdə, Fars körfəzi ilə Qırmızı dəniz arasında böyük bir fəlakətin şahidi olacağıq.

Bu cəbhə Türkiyəyə qarşı çox dayana bilməyəcək. Çünki çox zəif və kövrək münasibətlərə əsaslanır. BƏƏ-nin və Zayedin gizli hesabları vəbunun arxasında dayanan İsrail-ABŞ ifrat sağının gizli hesabları bir-bir ortaya çıxacaq.

Zayedin Türkiyəyə qarşı son müharibəsi Qarabağda baş verdi. Ermənistanın Baş naziri Paşinyanı Azərbaycana qarşı hücuma keçirən o idi. Cənubi, Şərqi Aralıq dənizi və Liviyada aktiv olan Türkiyəni Şərqdə məşğul tutmaq istəyirdilər.

Rusiya, Fransa, AvropaABŞ Ermənistanı dəstəkləyəcək, Türkiyə küncə sıxılacaq, Suriya, Liviya və Aralıq dənizində çətin vəziyyətdə qalacaq. Hesabları bu idi. Lakin Paşinyan da, Zayed də tək qaldılar və Zayed Afrin və Liviyadan sonra Qarabağda da ən ağır məğlubiyyəti yaşadı.

Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyana dediyi Qarabağ müharibəsinin simvolik bir ifadəsi var: Nə oldu Paşinyan? Lakin indi bu ifadə, sanki, Zayedə daha çox yaraşır, çünki əsl məğlub odur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşaya getdi - Video

Ramiz Mehdiyevin vəzifədən azad etdiyi direktor danışdı

Bulvarda 3 milyonluq "kupça"lı obyekti sökdülər - 1 manat da ödəmədilər - Foto

Rusiya ilə Türkiyə arasında uçurum var... - Türkiyə niyə Minsk qrupunun bərpasını gündəmə gətirir?

“Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir” - Prezident

“Görəsən, Vüqar 6 milyon manatı tək yeyə bilər?” – Aqil Abbas 

Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi

“Paşinyan Putinin ayaqqabılarını yalayaraq canını qurtardı” - Qabrelyanov

Ermənistan Azərbaycanın xəbərdarlığından nəticə çıxardacaq? - Keçmiş xarici işlər naziri açıqladı

“Əməkdar artist adını 3, Xalq artisti adını 5 min manata satırdılar“ - Rasim Balayev

loading...

Ən çox oxunanalar