Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? 

Mən Nofəli heç tanımıram, adının heç Nofəl olduğunu belə bilmirdim. Bu insanla mənim heç vaxt yaxından uzaqdan heç bir tanışlığım yoxdur”.

PİA.az-ın xəbərinə görə, bu sözləri adı oğlu tərəfindən ehtiyatsızlıq üzündən güllələnən gitara ifaçısı Nofəl Süleymanovla sevgi münasibətində hallandırılan müğənni-xanəndə Bəturə Hüseynova bildirib. O, yayılan xəbərlərin əsassız, şər-böhtan olduğunu deyib.

“Hətta mən onun fotosunu görəndə, düşündüm ki, cavan adamdır görəsən koronavirusdan rəhmətə gedib? Yəni düşünün, ölüm səbəbindən belə xəbərsiz idim. Bunlar isə durub mənim adımı onunla sevgi münasibətində hallandırırlar. Hansı sübutla? Mən 2 ildir Türkiyədə yaşayıb, fəaliyyət göstərirəm. Mənim qarşıma sübut qoysunlar. Mobil operatorlardan siyahı çıxarsınlar, görsünlər ümumiyyətlə bu insan iki il ərzində mənə zəng edib? O saytın, bu xəbəri yazanların vicdanı, şərəfi yoxdur ki, mənim haqqımda bu cür yalan, böhtan xarakterli xəbərlər yayırlar?”

Əməkdaşımızın “Bu haqda məhkəməyə müraciət edəcəksinizmi?” sualına B.Hüseynova belə cavab verib:

“Bu haqda hələ düşünməmişəm, qərarsısam. Düşünürəm ki, bəlkə heç bu cür mənəviyyətsiz insanlara heç baş qoşmayım? Ancaq o insanların bu cür hərəkətlərinə görə cəzalanmalı olduğunun vacibliyini də dərk edirəm. Ona görə qərarsızam”,- deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, News24.az saytı mərhum Nofəl Süleymanovun ölümünə səbəb müğənni-xanəndə Bəturə Hüseynova arasında olan sevgi münasibəti olduğunu iddia edib. Bildirilir ki, mərhum ifaçı bu münasibətə görə həyat yoldaşı ilə tez-tez mübahisələr edib, ona şiddət göstərib. Anasına olan təzyiqlərə dözməyən oğlu isə məlum hadisəni qəsdən törədib.(Ölkə.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar