Şənbə, 06 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Niyə simptomlar var, amma xəstəlik yoxdur?

Bəzən insan başında və ya sinəsində ağrılar hiss etsə də, həkimlər onun sağlam olduğunu söyləyirlər. Bu cür hallarda elə görünür ki, ya ağrıyan şəxs yalan deyir, ya da həkim bunun səbəbini axtarmaq istəmir. Lakin həmin şəxs həqiqətən ağrı hiss edir və sağlamdır.

Böyük Britaniya Milli Səhiyyə xidmətinin məlumatına görə, bu bəzən deyil, terapevtlərə müraciət edən insanların 45%-də baş verir.

Psixosomatika nədir?

Bu, tibbi baxımdan anlaşılmaz simptomlar adlanır. Ona görə anlaşılmaz adlanır ki, simptomlar var, amma xəstəlik yoxdur.

Beyin və bədən arasında əlaqə var. Məsələn, bəzi hormonlar beyin tərəfindən istehsal olunur və bədənə təsir edə bilir. Həm də əksinə, bədəndə istehsal olunur və beyinə təsir göstərir. Bədənimizdə baş verənlər isə düşüncələrimizə, emosiyalarımıza təsir edir, həm də stressə gətirib çıxarır.

Psixosomatik simptomlar

Tibbi baxımdan anlaşılmaz simptomlar fərqli olaraq ortaya çıxır və onlar aşağıdakılar ola bilər:

- Baş ağrıları;

- Bulanıq gözlər;

- Ayaq və əllərdə iynələnmə hissi;

- Əzələlərdə, oynaqlarda, bədəndə ağrı;

- Tez-tez ürək döyüntüsü;

- Güclü yorğunluq və zəiflik hissi;

- İshal və qəbizlik.

Psixosomatik müalicə

Psixosomatik müalicəyə bir neçə yanaşma var və onların əksəriyyəti psixoloqların köməyi ilə həyata keçirilir. Çünki fiziki ağrılar psixoloji problemlərə səbəb olur. Psixosomatik xəstəliklərin müalicəsinin aşağıdakı yolları var:

- Dərman terapiyası - sakitləşdirici və ya stimulant dərmanların təyin edilməsi;

- Psixoterapiya - autogenik təlim, hipnoz, psixoanaliz və psixoterapevtik söhbətlər;

- Fitoterapiya - müxtəlif dərman vasitələrinin təyin edilməsi.(axşam.az)

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xəzər İcra Hakimiyyətində korrupsiya həbsi – Şöbə müdiri saxlanılıb...

YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin tam siyahısı - Yenilənib

Arif Rəhimzadə və Vazeh Əsgərov YAP İdarə Heyətinin üzvləri seçilib - Yenilənib

Bu icra başçıları vəzifələrini itirdilər - Siyahı

YAP-da Əli Əhmədovu əvəzləyən Tahir Budaqov kimdir? - Dosye

YAP-ın qurultayı başa çatıb - 40 nəfərlik İdarə Heyəti seçilib - Yenilənib

YAP-dakı vəzifələrini itirən icra başçıları

Erməni diversantlar Ağdama daxil olub? - Rəsmi açıqlama

Ramiz Mehdiyev Ata Abdullayevin suallarını cavablandırdı

Bakıda əməliyyat keçirildi, vəzifəli şəxs həbs edildi

Ən çox oxunanalar