Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə qəhvə kiçik paketlərdə satılmır?

Praktik istifadə etdiyimiz birdəfəlik çay paketleri nəyə görə qəhvə istehsalında da istifadə olunmur?..

PİA.az bildirir ki, qara çay hazırlamaq üçün çay bitkisinin yarpaqlarının yığılması, qurudulması və oksidləşmə vasitəsilə rənginin qaraya çevrilməsi lazımdır. Yaşıl çayın isə qara çaydan fərqi ondan ibarətdir ki, yaşıl çay oksidləşmədən paketlənir. Yaşıl çayla qara çayın arasında yeganə fərq budur.

Çay yarpaqları emal zamanı tamamilə nəmliyini itirir. Ətri içindəki nəmlikdən gəlmədiyi üçün onun quruması heç bir problem yaratmır. Onsuz da çay yarpaqları quru olmalıdır. Buna görə çayın hava keçirən paketlərdə saxlanılması onun köhnəlib ətrini itirməsinə səbəb olmur.

Qəhvəni hazırlamaq üçün qəhvə meyvəsinin tumu qovrulub üyüdülməlidir. Qəhvənin ətri onun tumunun içərisində olan yağlardan gəlir. Bu yağların və nəmin itməsi ətrinin də itməsi deməkdir. Buna görə də qəhvə üyüdüldükdən sonra hava keçirməyən qablarda saxlanılmalı və maksimum bir ay ərzində istifadə olunmalıdır. Əks təqdirdə qəhvənin ətri itə bilər. Bu o deməkdir ki, qəhvənin ətri uçub getməsin deyə onu çay kimi kiçik paketlərdə saxlamaq əlverişli deyil. Buna baxmayaraq çox geniş yayılmasa da, qəhvə də bəzən çay kimi kiçik paketlərdə satılır. (publika.az)

pia.az


Etiket: qəhvə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar