Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə öz qapısına qol vuran futbolçu deyiləndə Tərlan Əhmədov yada düşür? - Video

Azərbaycanda “avtoqol”, yəni öz qapısına qol vuran futbolçu deyiləndə nədənsə həmişə millimizin sabiq kapitanı, hazırda “Keşlə” komandasının baş məşqçi işləyən Tərlan Əhmədov yada düşür...

Milli komandamızda avtoqol dünya çempionatının (DÇ), Avropa çempionatının (AÇ) seçmə mərhələləri və yoldaşlıq oyunlarında 10 dəfə qeydə alınıb.

07.09.2002. AÇ-2004-ün seçmə mərhələ oyunu (Bakı)

Azərbaycan – İtaliya 0:2. Tərlan Əhmədov, 32 – hesabı açıb

12.10.2002. AÇ-2004-ün seçmə mərhələ oyunu (Helsinki)

Finlandiya – Azərbaycan 3:0. Emin Ağayev, 14 – hesabı açıb

14.12.2003. Yoldaşlıq görüşü (Dubay)

BƏƏ – Azərbaycan 3:3. Emin Quliyev, 4 – hesabı açıb

26.03.2005. DÇ-2006-nın seçmə mərhələ oyunu (Varşava)

PolşaAzərbaycan 8:0. Aftandil Hacıyev, 16 – hesabı 0:2 edib

29.05.2010. Yoldaşlıq görüşü (Bişofshofen, Avstriya)

Makedoniya – Azərbaycan 3:1. Rəşad Sadıqov, 66 – hesabı 0:2 edib

07.09.2010. AÇ-2012-nin seçmə mərhələ oyunu (Köln)

Almaniya – Azərbaycan 6:1. Rəşad Sadıqov, 53 – hesabı 0:4 edib

13.10.2014. AÇ-2016-nın seçmə mərhələ oyunu (Osiyek)

Xorvatiya – Azərbaycan 6:0. Rəşad Sadıqov, 61 – hesabı 0:6 edib

01.09.2017. DÇ-2018-in seçmə mərhələ oyunu (Oslo)

Norveç – Azərbaycan 2:0. Rəşad Sadıqov, 60 – hesabı 0:2 edib

23.03.2018. Yoldaşlıq görüşü (Bakı)

Azərbaycan – Belarus 0:1. Maksim Medvedev

06.09.2019. AÇ-2020-nin seçmə mərhələ oyunu (Kardif)

Uels – Azərbaycan 2:1. Pavel Paşayev, 26 – hesabı açıb

Gördüyünüz kimi, milli komandamızın avtoqolları ən çox (dörd dəfə) Azərbaycan futbolunun ən avtoritetli, ən yaxşı futbolçusu hesab olunan Rəşad Sadıqovun ayağındadır. Qalan altı qola isə hərəsi bir dəfə olmaqla, Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev, Aftandil Hacıyev, Maksim Medvedev və Pavel Paşayev öz imzalarını qoyub.

Bu cəbhədə Tərlan Əhmədovun məsumluğunu isbat etdiyimizə görə, digər platformada – ölkə klublarının avrokuboklardakı oyunlarında vurulan avtoqollara da nəzər salaq.

22.07.98. “Arceş” (Rumıniya) – “Dinamo” 5:1. Rafael Əmirbəyov, 3

27.07.2004. “Qarabağ” – “Dukla” (Slovakiya) 0:1. Azər Cabbarov, 62

21.08.2014. “Partizan” (Serbiya) – “Neftçi” 3:2. Denis Silva, 29, Elvin Yunuszadə, 69

05.11.2015. “Borusiya” (Dortmund, Almaniya) – “Qəbələ” 4:0. Sergey Zenyov, 67

15.09.2016. “Anderlext” (Belçika) – “Qəbələ” 3:1. Rafael Santos, 41

20.10.2016. “Sent-Etyen” (Fransa) – “Qəbələ” 1:0. Rikardinyo, 70

12.09.2017. “Çelsi” (İngiltərə) – “Qarabağ” 6:0. Maksim Medvedev, 82

Göründüyü kimi, bu siyahıda da Tərlan Əhmədovun adı yoxdur. Keçmiş mərkəz müdafiəçisi avrokubok oyunlarında öz qapıçısının “xətrinə dəyməyib”.

Milli çempionatlar tarixində isə ən çox avtoqol vuran oyunçuların sayı yeddidir. Onlar hərəsi üç qolla siyahıya şərikli liderlik edirlər: Ruslan Abışov, Ayxan Abbasov, Saşa Yunisoğlu, Jairo Rodriqes, Bədəvi Hüseynov, Denis Silva, Natiq Qasımov.

Maraq üçün qeyd edək ki, Tərlan Əhmədov ölkə çempionatı oyunlarında heç bir dəfə də öz qapısını nişan almayıb. Azərbaycan futbol tarixinin ən çox öz qapısına qol vurmuş oyunçusu olan Rəşad Sadıqov isə bir dəfə – “Neftçi” – “Bakı” qarşılaşmasında rəqib komandanın xeyrinə fərqlənib.

Bəs niyə Tərlan Əhmədovun vurduğu bir avtoqol onun adının çıxmasına səbəb olub? Yoxsa millidə vurduğu ilk avtoqola görəmi?..(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Ən çox oxunanalar