Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə koronavirusla mübarizə Gürcüstanda effektli, bizdə isə effektsiz oldu?

Bizim Operativ Qərargahın və TƏBİB-in fəaliyyətini Gürcüstanın koronavirusa qarşı apardığı mübarizə ilə müqaqyisə edərsək, hansı yanlışlar və səhvlər ortaya çıxmış olar?... 

Sosioloq: “Pandemiya vaxtı ölkələrdə yaranan vəziyyət onların elmi gücünün, səhiyyə sisteminin, kadr bazasının və idarəetmə strukturlarının, həmçinin dövlət-vətəndaş münasibətlərinin hansı səviyyədə olduğunu əyani göstərdi”.

“VÖEN-ni bağlı olan, yəni işləməyən vətəndaşa pul verilmədi ki, VÖEN-nin bağlıdır (?), amma hər ay işləyib xeyli pul qazanan sahibkarlara yardım verildi. Bu absurd qərarın acı nəticələri ortadadır”.

Bu sözləri sosioloq Elçin Bayramlı qonşu Gürcüstanın ölkəmizlə və Ermənistanla müqayisədə koronavirusla mübarizəsinin effektivliyinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Qonşu Gürcüstanda AzərbaycanErmənistana nisbətdə demək olar ki, koronaya yoluxma çox cuzidir. Ölkənin 3,7 milyonluq əhalisindən, bütünlükdə min nəfərdən də az adam virusa yoluxub, onlardan isə cəmi 15 nəfəri ölüb. Müqayisə üçün xatırladaq ki, əhalisinin sayı Gürcüstana yaxın olan Ermənistanda hər gün yüzlərlə yeni yoluxma halı qeydə alınır, ümumi xəstələrin sayı 26 min nəfəri ötüb, 500-ə qədər insan ölüb. Azərbaycanda isə 21 916 yoluxma baş verib, 274 nəfər yoluxmadan həyatını itirib.

Əlbəttə ki, Ermənistanla müqayisədə Azərbaycan, necə deyərlər “toya-bayrama” getməlidir, lakin Gürcüstanla müqayisədə vəziyyət demək olar ki, acınacaqlıdır.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) öz qapılarını, koronavirusun yayılması baxımından təhlükəli hesab etmədiyi 15 dövlətin vətəndaşlarının üzünə açıb. Gürcüstan bu siyahıda Aİ-yə daxil olmayan yeganə postsovet ölkəsidir.

Bəs Gürcüstan bu nəticəyə necə nail olub? Misal üçün, bizim Operativ Qərargahın və TƏBİB-in fəaliyyətini Gürcüstanın koronavirusa qarşı apardığı mübarizə ilə müqaqyisə edərsək, hansı yanlışlar və səhvlər ortaya çıxmış olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlıya müraciət edib.

Elçin Bayramlı: “Əminliklə demək olar ki, bizdə görülən tədbirlər əks effekt verdi və həm iqitsadi problemlərə, həm də sosial problemlərə səbəb oldu”.

Mövzunu PİA.az-a şərh edən sosioloq bildirib ki, ilk xəstələr meydana çıxan kimi dövlət bir ay müddətində ölkəni tam bağlamalı, fövqəladə vəziyyət elan etməli, adambaşına azı 100 manat ödəyərək insanların işə və sair yerlərə getməsinin qarşısını almalı idi. Elçin Bayramlının fikrincə İşlər sistemli və məntiqli aparılmadı, yarı-yarımçıq, qarma-qarışıq bir proses aparıldı və nəticə fiasko oldu. Bu görülən tədbirlər isə əks effekt verdi və həm iqitsadi problemlərə, həm də sosial problemlərə səbəb oldu və əhalidə haqlı narazılıq yaratdı:

“Ümumiyyətlə, bu pandemiya vaxtı ölkələrdə yaranan vəziyyət onların elmi gücünün, səhiyyə sisteminin, kadr bazasının və idarəetmə strukturlarının, həmçinin dövlət-vətəndaş münasibətlərinin hansı səviyyədə olduğunu əyani göstərdi.

Təəssüf ki, bir çox ölkələrlə müqayisədə bizim bütün bu sahələrdə xeyli zəif olduğumuz ortaya çıxdı. Bu həm də həyata keçirilən tədbirlərin effektivlik dərəcəsində də özünü biruzə verdi. Əminliklə demək olar ki, bizdə görülən tədbirlər əks effekt verdi və həm iqitsadi problemlərə, həm də sosial problemlərə səbəb oldu. Və əhalidə haqlı narazılıq yaratdı.

Elçin Bayramlı: “Prosesə məsul məmurlar əhaliyə pul vermək istəmədilər, həm də işi dayandırdılar”.

İşlər sistemli və məntiqli aparılmadı, yarı-yarımçıq, qarma-qarışıq bir proses aparıldı və nəticə fiasko oldu. Məncə lap başdan məsələni bircə aya həll etmək olardı. İlk xəstələr meydana çıxanda dövlət bir ay müddətində ölkəni tam bağlamalı, fövqəladə vəziyyət elan etməli, adambaşına azı 100 manat ödəyərək insanların işə və sair yerlərə getməsinin qarşısını ala bilərdi. Bir ay ərzində təmaslar olmadığından virusun yayılması dayanardı, mövcud olan beş-on xəstə də müalicə olunardı. Əgər bir ailəyə üzvlərinin sayından asılı olaraq 300-500 manat ödənilsəydi, o 1 ay işləməməyini problem bilməzdi və 1 ay evdə qalmaqla özünü xilas etməyə çalışardı. Son nəticədə dövlətin xərcləri də, iqtisadi itkiləri də indikindən dəfələrlə az olardı.

Hamımız bilirik ki, əksər ölkələrdə dövlət heç bir şərt və ya ayri-seçkilik qoymadan əhaliyə sosial yardımlar verdi və bu da karantin dövrünün effektiv aparılmasını təmin etdi. Uşağı evdə ac qalan insanı heç bir qüvvə evdə saxlaya bilməz.

Göründüyü kimi, çox sadə yolu kənara atıb, mürəkkəb, qarmaqarışıq bur proses aparıldı və nəticədə fiakso baş verdi. Çünki prosesə məsul məmurlar əhaliyə pul vermək istəmədilər, həm də işi dayandırdılar. Sonra gördülər ki, insanlar acından öləcək, işə icazə verdilər, başqa məhduyyətlər qoydular və s. Verilən pul da əsasən imkanlılara, işləyənlərə verildi, halbuki bu yardım məhz işsizlərə və yoxsullara verilməi idi. Misal üçün VÖEN-ni bağlı olan, yəni işləməyən vətəndaşa pul verilmədi ki, VÖEN-nin bağlıdır (?), amma hər ay işləyib xeyli pul qazanan sahibkarlara yardım verildi. Bu absurd qərarın acı nəticələri isə ortadadır”.

Nərminə UMUDLU
pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar