Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin Los Anceles uğurları - Foto

Tarixi Zəfərlə başa çatan Vətən Müharibəsində xalqımızın minlərlə qəhrəman övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər.

PİA.az xəbər verir ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalanlar sırasında mədəniyyət işçiləri də var. Bu günlərdə hər birimiz öz cəbhəmizin əsgəri olaraq haqq işimizi davam etdiririk. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi tarixi Qələbəmizdən ilhamlanaraq bu tədris ilində bir sıra böyük uğurlara imza atıb. Vətən Müharibəsinin ən qaynar günlərində məktəbimizin 5-ci sinif şagirdi Kəngərli Sevil Amerikanın Los Anceles şəhərində keçirilən , ABŞ, Avstraliya, Ukrayna, Sinqapur, Rusiya təmsilçiləinin qatldığı ,,COLİBRİ 2020 “ Gənc instrumental musiqiçilərin XIII Beynəlxalq Müsabiqısində uğurla çıxış edərək Fəxri Fərman və Xüsusi mükafata layiq görülüb. Şagirdimiz məktəbin fortepiano ixtisası üzrə gənc müəllimi Gülnar Mirzəyevanın sinfində təhsil alır . Münsiflər heyəti müəllimin işini yüksək qiymətləndirərək ona təşəkkür məktubu imzalamış və sertifikatla təltif etmişlər.

Həmin günlərdə ,, First İnternational Musical Virtual Festival Competition of Hope “ Beynəlxalq Müsabiqəsində məktəbimizin 5-ci sinif şagirdləri Mirzəyeva Gülüstan və Mütəllibov Xəlil fortepiano dueti nominasiyasında uğurla çıxış edərək 1-ci yerə layiq görülmüşlər. Bu istedadlı pianistlərimiz müəllim Ləman Hüseynovanın sinfində təhsil alırlar. Ləman Hüseynova bir müəllim kimi əzmlə çalışdığı kimi bir vətənpərvər ifaçı kimi də müxtəlif proyektlərdə iştirak edir. Dünya ictimaiyyətinə erməni vandalizmini və erməni terrorunu tanıtmaq , qədim və zəngin Azərbycan mədəniyyətini təbliğ etmək məqsədi ilə keçirilən ,, Playing for Justise “ proyektində məktəbimizin tar ixtisası üzrə müəllimi Ülfət Həsənli ilə birgə Konsert proqramı təqdim etmişdir.

Zəfər Günü ərəfəsində Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən ,,Qarabağ kuboku -2020 “ Beynəlxalq İncəsənət Yarışmasında məktəbimizin skripka ixtisası üzrə 3-cü sinif şagirdi Dadaşova Elmira 1-ci yerə ,fortepiano ixtisası üzrə 2-ci sinif şagirdi Bağırzadə Zeynəb 2-ci yerə , 5-ci sinif şagirdi Əhədzadə Nuray 1-ci yerə layiq görülmüşlər.

27 il sonra Ağdamda keçirilən ilk tədbirdə məktəbimizin xanəndə ixtisası üzrə 5-ci sinif şagirdi Bəşirli Kənanın (müəllim Kamilə Abdullayeva ) ifa etdiyi ,,Bayatı – Şiraz “ muğamı hamını kövrəltmişdi.
İşğaldan azad olan torpağımızda ilk olaraq cıxış etmək istedadlı balamız Kənanın qismətində varmış.

Qələbə ilə bol olan ilimizin yekunu olaraq 28 dekabr 2020-ci il tarixində Qazaxıstanın Nur Sultan şəhərində P.İ.Çaykovskinin 180 illik yubileyinə həsr olunmuş ,,Astana Classic “ III Beynəlxalq Müsabiqəsində münsiflərin yekdil qərarı ilə skripka ixtisası üzrə 3-cü sinif şagirdi Dadaşova Elmira 1-yerə layiq görülmüşdür. Balaca Elmira 8-10 yaş kateqoriyasında ən kiçik iştirakçı idi. O , Respublikanın Əməkdar müəllimi İlhamə Ağayevanın sinfində təhsil alır. Bu ,balaca skripkaçının Beynəlxalq və Respublika müsabiqələrində artıq 6-ci qələbəsidir. Məktəbimizin fortepiano ixtisası üzrə şagirdləri Əhədzadə Nuray –fortepiano solo, Mirzəyeva Gülüstan və Mütəllibov Xəlil isə fortepiano dueti nominasiyassında müsabiqənin ən yüksək mükaftına – Gran Prixə layiq görülmüşlər. Onlar müəllim Ləman Hüeynovanın sinfində təhsil alır. Bu uğurların arxasında müəllimlərin professionallığı,əzmkarlığı ,ən əsası Vətən sevgisi durur.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar