Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikol Paşinyan yenidən Qarabağa gəldi - Foto

Noyabrın 30-da Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib

Modern.az-ın məlumatına görə, bu barədə Ermənistan KİV-lərində xəbər verilib.

Məlumata görə, Nikol Paşinyan və Qarabağ separatçılarının lideri Bako Saakyan Ermənistan ordusunun işğal altında olan Dağlıq Qarabağdakı bir sıra hərbi hissələrə gedərək, hərbi xidmətin gedişi və mövcud vəziyyətlə tanış olublar.

Paşinyan və Saakyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan və qondarma "DQR-in müdafiə naziri" Karen Abramyan müşayiət ediblər.

Təmas mövqelərində Nikol Paşinyan və Bako Saakyana cəbhədəki vəziyyət, postlarda yaradılan mühəndis və texniki təchizat sahəsində görülən işlər barədə məlumat veriblər.

Paşinyan işğalçı ordu hissələrində qulluq edən hərbçilərin yaşayış şəraiti ilə tanış olub və əsgərlərlə söhbət edib. Ermənistan hökumətinin başçısı silahlı qüvvələrin və hərbi sənayenin davamlı inkişafına önəm verdiyini və ordunun iqtisadi inkişafın lokomotivinə çevrilməli olduğunu qeyd edib. Paşinyan silahlı qüvvələrdə yeni bir qida qaydasının tətbiq olunmasının vacibliyini vurğulayıb və bunun kənd təsərrüfatının inkişafına təkan verə biləcəyini qeyd edib, “çünki kənd təsərrüfatı məhsulları birbaşa kəndlilərdən alınacaq”,- o qeyd edib.

Hərbçilərlə görüşdə Nikol Paşinyan səngər postlarına baş çəkməyin məqsədi, silahlı qüvvələrin inkişafı, hərbçilər arasındakı münasibətlər və digər məsələlərə toxunub.

“Bugünkü səfərimizin əsas məqsədi həm uzunmüddətli, həm də qısa müddətdə xidmət keçən əsgərlərin həyatında müsbət dəyişikliklərin olub-olmadığını öyrənməkdir”.

pia.az


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar