Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikol Paşinyan: “Ermənistanı dünyaya işğalçı dövlət kimi tanıdan Köçəryan olub”

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan xalqa videomüraciət edərək, Qarabağ məğlubiyyəti ilə əlaqədar öz ünvanına səslənən ittihamlara cavab verib.
 
PİA.az xəbər verir ki, Robert Köçəryanın onun barəsində irəli sürdüyü diplomatik uğursuzluğa dair bütün ittihamları rədd edib.
 
Xatırladaq ki, ötən gün Ermənistanın ikinci prezidenti Robert Koçaryan "5-ci kanal" a müsahibəsində bildirmişdi ki, Ermənistan rəhbərliyi ehtiyatsız hərəkətləri və bəyanatları ilə Qarabağı müharibəyə sürükləmək üçün əlindən gələni edib.
 
Paşinyan cavab videomüraciətində isə bildirib ki, müharibədəki uğursuzluqlardan sonra tənbəllik etməyən hər kəs son 25 il ərzində baş vermiş səhvlərə görə bütün məsuliyyəti hazırkı hakimiyyətin üzərinə qoymağa çalışır.
 
"İş o yerə çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxarıb problemi Ermənistanla Azərbaycan arasındakı ərazi mübahisəsi kimi dünya ictimaiyyətinə tanıdan şəxs də bizi ittiham edir. Halbuki bütün məsələlər Ermənistanın Dağlıq Qarabağın əvəzinə danışıqlar aparmasından sonra başlayıb.
 
Onun sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağa qarşı “təcavüzü” beynəlxalq ictimaiyyət tərəfindən ölkənin ərazi bütövlüyünün bərpası kimi qəbul edilməsi də məhz Köçəryanın bu səhvinin nəticəsidir: “İndisə bu ittihamlar beynəlxalq birliyin Ermənistanı Azərbaycan ərazilərinin işğalında ittiham etməsinə rəsmən şərait yaradan insanın ağzından çıxır və o, erməni xalqına izah etməyə çalışır ki, "işğalçı" sözündə təhlükəli və qorxulu heç nə yoxdur. Qarabağın işğalı olunması ilə bağlı beynəlxalq birliyin təsəvvürünün formalaşması  2020-ci ildə deyil, 25 il əvvəl baş verib. Məhz bu dövr ərzində Qarabağ məsələsi ərazi mübahisəsi kimi qəbul olunmağa başladı və böyük problemə çevrildi. Ermənistan işğalçı ölkə kimi qəbul olundu"-, deyə Paşinyan bildirib.
 
Paşinyanın fikrincə, nizamlanmanın Madrid prinsipləri əsasında müzakirəsi bir neçə il ərzində Ermənistanın nailiyyəti kimi təqdim edilib, lakin sonradan məlum olub ki, məhz bu prinsiplər üzrə Qarabağın müstəqilliyi yalnız Azərbaycanın razılığı ilə əldə edilə bilər.
 
Paşinyan həmçinin deyib ki, uzun illər ərzində bir sıra sənədlərdə "yeddi rayonun işğalı" haqda danışılıb.
 
Hökumət başçısının nöqteyi-nəzərincə, əvvəlki hakimiyyətin diplomatik iflasa uğraması nəticəsində 2016-cı ilin aprel döyüşləri zamanı beynəlxalq birlik Bakının bu addımını pisləməyib.
 
"Məni onda ittiham edirsiniz ki, bizim Rusiya ilə münasibətlərimiz pisdir, Sizin ki, yaxşı münasibətləriniz vardı. Bəs necə oldu ki, strateji müttəfiqimizin təklifi ilə ermənilərin xeyrinə olan bütün məsələlər gündəlikdən çıxarıldı? Siz elə peşəkar diplomatlarsınızsa, 2016-cı ilin hadisələrindən sonra Azərbaycanın cəzalandırılmamasına necə laqeyd qaldınız? Çünki siz getdiniz və təklif olunan şərtlərlə itaətkarcasına razılaşdınız. Yəni, Azərbaycanın müharibə aparmaq hüququnu legitimləşdirmişik", – deyə Paşinyan bildirib. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar