Şənbə, 23 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Nikol efirdə əl yumaq öyrədirdi” – Erməni hüquq müüdafiəçisi

“Hiss edirsiniz ki, dövlət sadəcə yoxdur?”

Bu sözləri erməni hüquq müdafiəçisi Ağasi Yenokyan deyib. O, Ermənistanın Baş naziri Nikol Paşinyanın ilk dövrlərinə diqqət çəkərək deyib ki, onun Ermənistanı əvvəlki hakimiyyətlərdən qalan miras idi. “Bu mirasla bəzi şeylər etdilər. Dolların məzənnəsini saxladılar, mükafatlar payladılar, dolma və barbekü festivalları keçirdilər, Robert Köçəryanı tutdular, Hrayr Tovmasyanı işdən çıxardılar və deyəsən elə bildilər ki, dövlət budur.

Baş nazir də canlı yayıma çıxdı, ən qürurlu olduğumuzu söyləmərək dövlətin təqlidini etdi”, - deyə hüquq müdafiəçisi əlavə edib.

Ağasi Yenokyanın sözlərinə görə, dövlətin yoxluğuna dair ilk şübhələr koronavirus pandemiyası zaman yarandı.

“Dövlət hesab etdi ki, vəzifəsi insanları Nikol emalatxanalarında hazırlanan maskaları taxmağa məcbur etmək, Paşinyanı tənqid etməyi və başqa şeyləri qadağan etməkdir. Baş nazirin canlı yayımları da əl yumaq barədə ətraflı təlimat səviyyəsinə düşdü.

Sonra, müharibə dövründə dövlət hesab etdi ki, vəzifəsi geri çəkilmək, torpaqlardan imtina etməkdir.

İndi, müharibədən sonra dövlət qaçqınların problemlərini belə, həll etmir, yaralı və əlillərlə məşğul olmur, bütün bunları könüllülərin ixtiyarına verir. Hətta əsirlərin axtarışı və mübadilə variantlarının tapılması prosesini belə tərk etdilər. Heç bir dövlətin olmadığını yaxşı bilən Nikol da artıq efirdə deyil. Əgər dövlət yoxdursa, Baş nazirə nə ehtiyac var?

Yəqin ki, könüllülərin bir yerə toplanmasının və hər şeydən əvvəl dövlətin qurulmasına başlamasının vaxtı çatıb, daha sonra, şübhəsiz bir dövlətə ehtiyacı olan Baş nazir tapılacaq", - deyə hüquq müdafiəçisi vurğulayıb.(yeni sabah)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb

Azad Rəhimov ABŞ-da əməliyyat olunub və komaya düşüb - Yenilənib

"Bunu hüquq mühafizə orqanları da bilir" - Kəmaləddin Heydərovla bağlı açıqlama

“Bu Azərbaycan xalqına meydan oxumaqdır, Azərbaycanı oyuncaq dövlətə çevirməkdir” - İlham İsmayıl

Mehri dəhlizinin “qapısı” Azərbaycana qaytarılır

"Azərbaycanın İrəvandakı nümayəndəliyi..." - Babayan hiddətləndi

“Hökumət daxilində təhlükəli mafiya var...” - Müşfiq Ələsgərlidən sensasiyalı açıqlama

Azad Rəhimov: “Narahatlığa heç bir əsas yoxdur”

Masallıda əməliyyat keçirilib - Saxlanılanlar var

“Siyavuş Novruzov karyerdə daş ata-ata hüquq üzrə elmlər doktoru olub?” – Tural Abbaslı

Ən çox oxunanalar