Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niderlandda yaşayan azərbaycanlı 28 ildən sonra Ağdamda qardaşının şəhid olduğu yeri ziyarət edib

"Ağdamdan sonuncu dəfə 1993-cü ildə çıxmışam. 30 il sonra geri qayıtdım. Bu torpaqlarda canını qurban vermiş şəhidlərin ruhu qarşısında baş əyirəm".

"Report" xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdama səfər edən şəhid Teymur Yusifovun bacısı, Niderlandda yaşayan azərbaycanlı İlkanə Qoca deyib.

Qardaşının şəhid olduğu ərazini ziyarət edən İ.Qoca Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib. O qeyd edib ki, Ağdamın işğaldan sonrakı vəziyyətini lentə alıb və burada gördüyü vandalizmi yaşadığı Niderlandda geniş şəkildə təbliğ edəcək.

"ANAMA-nın işçiləri ilə öz evimizi axtardım, oraya getdim. Hər şey dağılmışdı. Evimizin olduğu yerdə ən kiçik həyat izi belə yox idi, sadəcə daşlar vardı", - o vurğulayıb.

Qeyd edək ki, İlkanə Qocanın qardaşı Teymur Qoca oğlu Yusifov Birinci Qarabağ müharibəsində itkin düşüb. Vətən müharibəsində qazanılan şanlı zəfərdən sonra Teymur Yusifovun şəhid olduğu bəlli olub. İ.Qocanın ən böyük arzularıdan biri Ağdama getmək və qardaşının şəhid olduğu yeri ziyarət etmək olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar