Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niderland və Belçika çempionatları birləşdirilir

Niderland və Belçika Futbol Federasiyaları dünya futboluna ciddi yenilik gətirməyə hazırlaşır...

 

Bu barədə Almaniyanın “Kicker” nəşrinə açıqlamasında Belçikanın “Brügge” klubunun prezidenti Bart Verhaq deyib.

Klub rəsmisi bildirib ki, Avropanın böyük “beşlik” liqaları – İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Fransa Liqa 1 ilə rəqabətə girə biləcək ortaq çempionat təşkil etmək üçün danışıqlara start verilib.

“Bene Liqa” adlanacaq yeni çempionatda ümumilikdə 18 komanda iştirak edəcək. Bunların 10-u Niderlanddan, 8-i isə Belçikadan olacaq. Mövsümün sonunda son iki pilləni tutacaq klublar aşağı dəstəyə düşəcəklər. Onların əvəzinə isə iki ölkənin yerli çempionları yeni yaradılan liqaya vəsiqə qazanacaqlar.

Yeni layihədə əsas məqsəd teleyayım gəlirlərini artırıb, Avropanın 5 böyük çempionatı ilə rəqabətə qoşulmaqdır. Hazırda Belçika və Niderland çempionatlarının yayım gəliri təqribən 80 milyon avrodur. Hesablamalara görə, yeni çempionatın yaradılmasından sonra bu rəqəm 400 milyon avroya çatacaq.

Qeyd edək ki, Niderland və Belçika 2000-ci ildə futbol üzrə Avropa çempionatını da birlikdə təşkil etmişdi. (report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar