Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Şahin Həsənli kimdir?


“Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsində (QMİ) vəzifə təyinatı alıb


O, Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin edilib.

Editor.az son dövrlər cəmiyyətdə, xüsusən din xadimləri arasında böyük populyarlıq qazanan Hacı Şahinin tərcümeyi-halından zəruri məqamları oxuculara təqdim edir.

Rus dilində təhsil alan 40 yaşlı dindar…

Şahin Hüseyn oğlu Həsənli 1974-cü ildə iyulun 7-si Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbə (rus bölməsi) daxil olub, 1991-ci ildə həmin məktəbi bitiribdir. 1995-1997-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Azərbycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub, 1999-cu ildə həmin müəssisədə təhsilini bitiribdir. 2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. Ərəb, fars və rus dillərini bilir. Heç bir siyasi partiyaya üzv deyil. Ailəlidir. İki qızı və bir oğlu var.

Gənclər sektorunun fəal təmsilçisi…

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşhədi Dadaş” məscidində imam-camaatdır. Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib.

1998-2001-i illərdə təsisçilərindən olduğu “İkmal” Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndiliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib.

2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edir.

Xatırladaq ki, bir çox din adamları, ilahiyyatçı alimlər Hacı Şahini savadsızlıqda, müxtəlif dairələrlə işbirliyində olmaqda ittiham etsələr də, reallıq ondan ibarətdir ki, o, bu gün dindarlar, xüsusən şiə təriqətinə aid azərbaycanlı müsəlmanlar arasında xüsusi nüfuza malikdir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar