Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ Universitetinin rektoru kimdir? - Dosye

Yeni təyin edilən rektorun dosyesini təqdim edirik:

Şahin Bayramov 1979-cu il iyulun 4-də anadan olub.

1996-cı ildə Mingəçevir şəhər Təbiət, riyaziyyat və humanitar elmlər təmayüllü liseyini bitirib.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunub, 2000-ci ildə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi alıb.

2001-ci ildə İqtisad Universitetinin magistraturasına qəbul olunub, 2003-cü ildə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb.

2005-ci ildə İqtisad Universitetinin doktoranturasına qəbul olunub. 2011-ci ildə dünya iqtisadiyyatı ixtisası üzrə "Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyası perspektivləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "iqtisad üzrə fəlsəfə doktoru" elmi dərəcəsi alıb.

2005-ci ilin yanvarından 2016-cı ilin sentyabr ayınadək İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb.

Eyni zamanda, 2005-09-cu illərdə İqtisad Universitetinin Biznesin idarə edilməsi üzrə magistr (MBA) proqramında menecer, 2009-11-ci illərdə Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışıb.

2012-ci ilin noyabrından 2017-ci ilin aprel ayınadək İqtisad Universitetinin beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb.

2015-ci ildə ABŞ Dövlət Departamentinin "Fulbright" təqaüdü çərçivəsində Beynəlxalq Təhsil İnstitutu (Institute of International Education) tərəfindən həyata keçirilən "Hubert H. Humphrey" Proqramının qalibi seçilməklə ABŞ-da peşəkar inkişaf təlimlərinə qatılıb.

2015-16-cı tədris ilində Pensilvaniya Dövlət Universitetinin (Penn State University) Təhsil Kollecində (College of Education) ali təhsilin idarə edilməsi və akademik liderlik (Higher Education Administration and Academic Leadership) ixtisası üzrə peşəkar təhsil alıb.

2017-ci ilin aprelindən 2019-cu ilin iyul ayınadək Azərbaycan Respublikasının Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

2018-ci ilin sentyabrından İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin İqtisadiyyat və idarəetmə kafedrasında əvəzçiliklə dosent vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.(oxu.az)

Poliqin.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Ən çox oxunanalar