Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib - Foto

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Mərifət Nəsibov, Ayaz İsmayılov və Amil Tanırverdiyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib...

Poliqon xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, məktəblilər, eləcə də digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlər çərçivəsində şəhidlərimizin məzarları ziyarət olunub, xatirələrinə dualar oxunub.

Çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən söz açıblar.
Sonra şəhidlərimizin ömür və döyüş yoluna həsr olunan videoçarxlar nümayiş olunub.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Tədbirlərdə, həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb, hərbi təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumatların əks olunduğu bukletlər paylanılıb.

Fotolar

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü - Foto

Bakıda küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - Faktiki hava + Yenilənib

Qaxa dolu düşüb, meyvə ağaclarına ziyan dəyib

Azərbaycanlılar ən çox hansı qidanı istehlak edirlər?

Rəşad Sadıqov: "Qarabağ"a layiqli müqavimət göstərməyə çalışacağıq

Zelenskini “Ukraynanın baş keşişi” adlandırdı

İyunda bu günlər təhlükəli olacaq - Xəbərdarlıq

Qurban Qurbanov: Azərbaycan Kubokunun finalında çox ciddi rəqibə qarşı oynayacağıq

Ən çox oxunanalar