Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken Netanyahudan Qəzzaya daimi yardım göstərməyi tələb edib

Entoni Blinken və Benyamin Netanyahu arasında görüş İsraildə baş tutub...

ABŞ dövlət katibi Entoni Blinken İsraildə baş nazir Binyamin Netanyahu ilə görüşüb. Amerika rəsmisi İsrailin Qəzza zolağına yardımını artırmaqda israr edib..

Poliqon xəbər verir ki. bu barədə Reuters Agentliyi məlumat yayıb. Agentlik yazır ki, Netanyahu ilə Qüdsdə təxminən iki saat yarım davam edən görüşdə Blinken yardımın çatdırılmasında irəliləyişin olduğunu qeyd etdi və bu inkişafın sürətləndirilməsi və saxlanmasının vacibliyini vurğulayıb. Blinken həmçinin bir çox Qərb ölkələrində qadağan olunmuş Fələstin islamçı qruplaşması HƏMAS-ın “atəşkəs yolunda dayandığı”nı da bildirib.

Amerikalı diplomat həmçinin HƏMAS-ı Misir vasitəçilərinin təklif etdiyi “son dərəcə səxavətli” atəşkəs razılaşmasını qəbul etməyə çağırıb. Buna əsasən, daha çox fələstinli məhbus müqabilində 33 girov azad ediləcək və Qəzza zolağında müvəqqəti atəşkəs yaradılacaq.

HƏMAS-ın sözçüsü Sami Əbu Zuhri cavabında isə bildirib ki, Blinkenin şərhləri reallıqla uzlaşmır..

İsrail Amerikanın baş diplomatının Yaxın Şərq turunun son dayanacağıdır. Bu, onun oktyabrın 7-dən bəri regiona yeddinci səfəridir. ABŞ İsrailin əsas diplomatik dəstəkçisi və silah tədarükçüsüdür.

Blinkenin Netanyahu ilə yardımla bağlı görüşü ABŞ prezidenti Co Baydenin İsrailin mülki əhalinin zərərini aradan qaldırmaq üçün addımlar atmayacağı təqdirdə Vaşinqtonun siyasətinin dəyişə biləcəyi ilə bağlı kəskin xəbərdarlıq etməsindən təxminən bir ay sonra olub.

Son həftələr Ağ Ev bir milyondan çox fələstinli mülki vətəndaşın toplaşdığı Rəfahda quru əməliyyatı keçirmək planlarına görə İsraili getdikcə daha çox tənqid edir. Aprelin 30-da Dövlət Departamenti bildirmişdi ki, Təl-Əviv hələ də Vaşinqtona Rəfah sakinlərinin müdafiəsi planını təqdim etməyib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Ən çox oxunanalar