Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - Foto

Vətən müharibəsində itkin düşən altı hərbçimizə şəhidlik statusu verilib...

Qafqazinfo” xatırladır ki, onlardan biri Aydın Zakir oğlu Feyzullayevdir.

Üç ildən çoxdur oğlundan xəbər ala bilməyən atası Zakir bəy təsəlli üçün övladına məzar daşı da hazırladıb, içi isə boşdur.

Əsgər Feyzullayev 2020-ci ilin sentyabrda Suraxanı Səfərbərlik Xidməti tərəfindən təlimlərə çağırılıb. Döyüşlər başlayanda onları Horadizə aparıblar. Müharibənin ilk günləri ailəsiylə əlaqə saxlasa da, oktyabrın 1-dən ondan xəbər ala bilməyiblər.

İtkin düşən MAXE-əsgər Asim Yaqub oğlu Mehdiyev 2001-ci il təvəllüddür. Məlumata görə, sonuncu dəfə oktyabrın 7-si Xocavənd istiqamətində döyüşlərdə iştirak edəndən sonra ailəsi ilə əlaqəsi kəsilib. Həmin tarixdən bu yana Asimdən xəbər yoxdur. Oğlunun yolunu gözləyən atası Yaqub bəy isə ötən il qəfil dünyasını dəyişib.

Elnur Rəcəb oğlu Qədirli 1997-ci ildə İsmayıllının Diyallı kəndində anadan olub. Sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. Ailəsi sonuncu dəfə Elnurla oktyabrın 7-də əlaqə saxlayıb. Həmin tarixdən sonra Elnurdan xəbər yoxdur.


1996-cı il təvəllüdlü Qorxmaz Bayram oğlu Salamov Şəkinin Baş Göynük kəndindəndir. O, sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də əlaqə saxlayıb. Qorxmazın həmin vaxt Suqovuşan istiqamətində olduğu bildirilib. Lakin sonra əsgərdən xəbər alınmayıb.

1991-ci il təvəllüdlü Xəqani İlqar oğlu Səfərli Vətən müharibəsinə Bakının Xətai rayon Hərbi Komissarlığının çağırışı ilə gedib. O, sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 4-də əlaqə saxlayıb. Həmin tarixdən sonra yaxınları Xəqanidən xəbər ala bilmirlər.

Leytenant İbrahim Səməd oğlu Vəlizadə 1998-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olub. Müharibədən əvvəl Şəmkirdə “N” saylı hərbi hissədə xidmət edib. Sonuncu dəfə ailəsi ilə sentyabrın 26-da əlaqə saxlayıb. Onun sonuncu dəfə Kəlbəcər istiqamətində döyüşlərdə iştirak etdiyi bildirilir.

Poliqon.info


Etiket: şəhid itgin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Ən çox oxunanalar