Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COP29 Prezidenti: Azərbaycan başa düşür ki, iqlim dəyişikliyi ilə mübarizədə nümunə göstərməlidir

Azərbaycan başa düşür ki, o, iqlim dəyişikliyi ilə mübarizədə nümunə göstərməlidir və bununla bağlı tədbirlər milli inkişaf planının mərkəzi hissəsinə çevriləcək...

Poliqon xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev bu gün Berlində keçirilən 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan qlobal istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsinə qədər məhdudlaşdırılması məqsədinə nail olmaq üçün səy göstərir: “Lakin emissiyaları azaltsaq da, hər kəs hələ də temperaturun qalxdığı planetə uyğunlaşmalıdır. Gələn il hamımız milli uyğunlaşma planları hazırlamalıyıq ki, 2030-cu ilə qədər onlara nail olmaq yolunda sürətli irəliləyiş əldə edə bilək. Bu planlar bizim ən yaxşı təcrübələri, texnologiyaları necə paylaşacağımızı və bir-birimizin səylərini necə dəstəklədiyimizi müəyyən edəcək”.

M.Babayev qeyd edib ki, mühüm məsələlərdən biri də iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirlərinin qalmasıdır:

“Kənd təsərrüfatında məhsuldarlıq azalır və bu, əhalinin artdığı planetin qidalanmasını çətinləşdirir. Azərbaycanda işçi qüvvəsinin üçdə birindən çoxu kənd təsərrüfatında çalışır. İndi biz su qıtlığı və torpaqların deqradasiyası riski ilə üz-üzəyik. Dünyada təxminən 4 milyard insan bu problemlərlə üzləşir. Keçən il bir çox ölkələr qida sistemlərini dəyişdirməyi öhdələrinə götürdülər. Bu, fermerləri və qida sistemlərini qlobal istiləşmənin mənfi təsirlərindən qorumaq üçün lazımdır”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar