Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS-ın hərbi qanadı ləğv edilə bilər...

Fələstin dövləti yaradılarsa, HƏMAS hərbi qanadını ləğv edəcək...

Fələstinin HƏMAS hərəkatı Fələstinin dövlətçiliyi təmin olunarsa, İsraillə beş il və ya daha çox müddətə uzunmüddətli atəşkəsə razılaşmağa və hərbi qanadını ləğv etməyə hazırdır.

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi HƏMAS-ın yüksək rütbəli rəsmisi Xəlil əl-Hayyaya istinadən məlumat yayıb.

“HƏMAS hərəkatı İsraillə beş il və ya daha çox müddətə atəşkəsə razılaşmağa hazırdır və 1967-ci ildən əvvəl mövcud sərhədlərdə müstəqil Fələstin Dövləti yaradılarsa, təşkilst silahlarını yerə qoyub siyasi partiyaya çevriləcək”, deyə mesajda bildirilir.

AP qeyd edir ki, hərəkatın yüksək rütbəli rəsmisinin müvafiq bəyanatı “İsrailin məhv edilməsinə rəsmən sadiq olan silahlı qruplaşmanın əhəmiyyətli güzəşti” ola bilər. Eyni zamanda, nəşr Xəlil əl-Həyyanın təklif etdiyi variantı çətin reallaşan bir proses hesab edir, çünki İsrail HƏMAS-ı darmadağın edəcəyinə söz verib.

Qeyd edək ki, Əl-Həyya bundan əvvəl bəyan etmişdi ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının hərbi potensialının 20%-dən çoxunu məhv edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Ən çox oxunanalar