Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin ad günü qeyd edilib

Avqustun 17-də Vətən müharibəsi şəhidi Verdiyev Röyal Qabil oğlunun ad günü Daşkəsən Şəhidlər xiyabanında keçirilib. Əvvəlcə Şəhidin məzarına gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev anım mərasimində çıxış edib. O, çıxışında deyib:

- Bu gün biz Vətən müharibəsi şəhidi Verdiyev Röyal Qabil oğlunun 28-ci ad günü münasibətilə onun məzarı başına toplaşmışıq. Şəhidimizin ad günündə Rayon İcra Hakimiyyəti Aparatının işçiləri, hüquq-mühafizə orqanları, qazilərimiz, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına uyğun olaraq respublikamızın bütün bölgələrində olduğu kimi Daşkəsən rayonunda da hər bir şəhid ailəsinə və qazilərimizə yüksək həssaslıqla diqqət, qayğı göstərilir.
Bu gün yeni reallıqlar yaradan Azərbaycan Respublikasının Prezidentinin Dəmir Yumruğu yerindədir, heç kim – nə Ermənistan, nə müxalifət, nə də falabaxan bəzi blogerlər bunu unutmasın. Ölkəmizdə ən müasir silahlar, habelə “Akınçı” müasir antiterror əməliyyatı keçirəcək texnika hazır vəziyyətdədir. Hər an Azərbaycanının güclü ordusu düşmənə qarşı istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Hər birimiz ölkəmizdə yaranan sabitliyə və əmin-amanlığa görə ölkə rəhbərimiz cənab İlham Əliyevə və birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Şəhidimiz Röyal Verdiyevin valideynlərinə Allahdan səbir diləyirik.

Digər çıxış edənlər də şəhid Röyal Verdiyevin həyatından və şərəfli döyüş yolundan danışıblar, həmçinin qeyd ediblər ki, Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Röyal Verdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhid atası Qabil Veriyev, anası Sevda Verdiyeva ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar