Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan çeçen mühacirləri məhv edəcəkmi? - Müsahibə

Türkiyənin keçmiş xarici işlər naziri: “Rusiya ilə münasibətlərdə Türkiyə, NATO ölkələrindən fərqli siyasət izləyir”...

58-ci hökumətin xarici işlər naziri, Türkiyənin ən təcrübəli diplomatlarından biri Yaşar Yakışın Turan İnformasiya Agentliyinə müsahibəsi:

Turan:  Dövlət başçılarının 5 avqustdakı  Soçi görüşündən sonra Rusiya  mətbuatı bir daha hörmətli  Erdoğanın”Rusiya üçün mühüm  əhəmiyyətini” vurğulamaqla qalmayıb Türkiyəni  “Rusiya  üçün dünyaya açılan qapı” kimi xarakterizə etdi. Sizcə, Rusiya  tərəfinin bu dəyərləndirmələri reallığı  əks etdirmək naminədir yoxsa son illərdəki “qızışdırma” siyasətinin yeni mərhələsi?   

Yakış:  Xüsusilə, Ukraynada münaqişənin başlamasından sonra Türkiyə ilə  Rusiya  arasındakı münasibətlərin mühüm bir döngəyə girdiyini qəbul etmək lazımdır. Rusiya  ilə Ukraynaya eyni məsafədə duran Türkiyə yaxın keçmişə qədər əlinə  heç vaxt keçməyən bir fürsətdən istifadə edir və gəldiyimiz mərhələdə bu çətin ancaq balanslı siyasəti  davam etdirməyə  müvəffəq  olur.

Reallıqda da Rusiyadan dünyaya təyyarələr böyük ölçüdə  Türkiyə səmalarından uçur. NATO-nun Rusiyaya tətbiq etdiyi embarqolarda iştirak etməyən Türkiyə bu mənada ittifaqa üzv olan ölkələrdən fərqli siyasət izləyir. Bu siyasətin riskləri də var. Ancaq Türkiyə bu siyasəti indiyə qədər hər hansı yol qəzasına məruz qalmadan həyata keçirə bilib. Bundan sonra bacara bilməsini arzu edirik.

Türkiyənin əhəmiyyətinə dair Putinin dediyi sözləri səmimi qəbul etmək lazımdır. Təbii ki, beynəlxalq maddi mənafe münasibətlərində işlər bəzən bir cür, bəzən isə  başqa cür ola bilir. Buna təəccüblənməmək lazımdır. Bu günkü şərtlər Türkiyə ilə  Rusiya arasındakı münasibətlərin inkişaf etdirilməsi üçün bu günkü şərtlər əlverişli atmosfer yaratmışdır. Gələcəkdə bunun necə olacağını indidən proqnozlaşdıra bilmərik. Ancaq münasibətləri uzun müddət iki ölkənin də mənafeyinə uyğun şəkildə davam etdirə bilsək, bunu qazanc sayacağıq.

Turan:  Türkiyənin Suriyada yeni hərbi əməliyyat keçirməsi üçün Rusiya icazə verəcəkmi? 

Yakış: Türkiyənin Suriyada yeni bir hərbi əməliyyat keçirməsinə Rusiya qarşı çıxır. Bunu istər Tehrandakı zirvə iclasında istərsə Soçidə açıq-aşkar  şəkildə bildirərək Türkiyə rəsmi Suriya dairələriylə əlaqələr yaratmasını tövsiyyə etdi. Ancaq hörmətli Erdoğan bu hərbi əməliyyatı həyata keçirməkdə qərarlı olduğunu o qədər  təkidlə təkrarladı ki, bundan sonra geri addım atması da çətinləşdi. Xüsusilə, Türkiyənin seçki mərhələsinə daxil olduğu bir zamanda prezidentin bu qərardan geri addım atmasının çətin tərəfləri var. Buna görə ağla iki ehtimal  gəlir:  

-Birincisi, Türkiyənin ö qərarından vaz keçmədiyini göstərmək üçün sərhədin o tərəfinə formal bir əməliyyat təşkil edilə bilər.  İkincisi isə-formal yox, ciddi bir hərbi əməliyyat keçirilə bilər. Belə  olan halda istər hörmətli Erdoğan istərsə də Putin yürütdükləri siyasətin nəticəsinə qatlanmaq məcburiyyətində qalacaqlar.

Turan:  İdlib`in terrorçulardan təmizlənməsi məsələsi yenə gündəmdə idi. Türk hökuməti bu məsələdə “İpə un sərmə” siyasətini davam etdirəcək, yoxsa 5 avqustdan sonra yeni bir mərhələ başladı? 

Yakış:  Rusya aralarında çeçen terrorçuların da olduğu cihadçı qrupları İdlibdə məhv etməyə üstünlük verəcəkdir. Çünki çeçen terrorçuları İdlibdən bu və ya digər şəkildə qaça bilsələr, yenə Çeçenistana qayıdaraq Rusiyanı narahat edəcək aksiyalara əl ata bilərlər-bu ehtimal güclü laraq qalır. Buna görə İdlibdəki  terrorçuların oradan təmizlənməsi işi Türkiyə üçün hər iki ucu çirkli dəyənək halına gəlmişdir.  

Turan:  Soçiyə gedən Çeçenistan lideri Ramzan Kadirov dövlət başçılarının görüşündə iştirak etməməsinə rəğmən Türkiyə Milli Kəşfiyyat Təşkilatının başqanı və xarici işlər naziriylə görüşdüyünü Türkiyə ilə Çeçenistan arasındakı münasibətlərin inkişafı  üçün müsbət niyyət nümayiş etdirildiyini   özünün Teeqram kanalından elan etdi. Bunu necə şərh etməli? 

Yakış:  Çeçen terrorçularının bu və ya digər şəkildə  məhv edilməsiylə bağlı Erdoğan və Putin müştərək qərar qəbul edəcəklərsə, bunu həyata keçirmək üçün bir metod da tapa bilərlər. Buradakı kritik məsələ hörmətli Erdoğanın çeçenləri məhvə risk edib-etməyəcəyidir. Onu da zaman göstərəcək.

Mayis Əlizadə (Turan) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar