Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq FTX polkovniki: “Qərb Putinə xəbərdarlıq edib ki, şəxsən özü məhv ediləcək”

Gennadi Qudkov: “Yalnız Ərdoğan Putinə güc göstərir”

“Putin hesab edir ki, hakimiyyətilə birgə həyatını da itirəcək”

Bunu Putinə qarşı müxalifətdə yer alan Rusiya Dumasının sabiq deputatı və FTX polkovniki Gennadi Qudkov Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafında yaranmış vəziyyəti Ukrayna televiziyasına şərh edərkən deyib. 

Qudkov ümumiyyətlə, Kremlin nüvə silahının hər hansı formada tətbiqi ilə bağlı planlarına ciddi yanaşmağın tərəfdarı olduğunu bildirib. Doğrudan da, beynəlxalq birlik hələ ki, Rusiyanın nüvə hədə-qorxularını qulaq ardına vurmaqla və Kremli sakitləşdirməklə məşğuldur. Lakin əksər ekspertlər Ukraynada məğlubiyyətə uğramaqda olan Rusiyanın nüvə şantajının ciddi təhlükə mənbəyi olduğu qənaətindədir və bu baxımdan rus ordusunun işğalı altında olan Zaporojye AES Kremlin əlində əla bir şantaj vasitəsidir. Bunun nəticəsidir ki, Rusiya AES-in ərazisində böyük silah-sursat anbarları yaradıb və son günlər stansiyanın guya Ukrayna Silahlı Qüvvələri tərəfindən artilleriya atəşinə tutulduğunu iddia edir.

 

Ukrayna tərəfi isə bu ittihamları rədd edir və Rusiyanın bilərəkdən stansiya ərazisində təxribatlar, partlayışlar törətdiyini və buna görə məsuliyyəti Ukraynanın üzərinə atmağa çalışdığını bildirir. Belə ki, Ukrayna əsas etibarilə yüksək dəqiqlikli silahlardan istifadə edir və hansısa mərminin təsadüfən AES ərazisinə düşməsi istisna olunur. Əvəzində, Rusiya tərəfi stansiya ərazisindən Ukraynanın Nikopol şəhərini artilleriya atəşinə tutur və iddia edir ki, cavab zərbələrilə Ukrayna hərbçiləri AES-i vurur. Kremlin həyasızlığı o həddə çatıb ki, hətta məsələni BMT Təhlükəsizlik Şurasına çıxarıb və Ukraynaya qarşı tədbir görülməsini tələb edib.

Yaranmış bu durumu şərh edən G.Qudkov Rusiyanın nüvə şantajlarının genişlənməsinə görə Qərb ölkələrinin rəhbərlərini ittiham edib və bildirib ki, onların bu məsələyə yumşaq, qeyri-adekvat reaksiyası Putini bir qədər də ürəkləndirir. 

Onun fikrincə, Putinə nüvə şantajı ondan ötrü lazımdır ki, Qərbi və Ukraynanı danışıqlar masasına gətirsin və öz şərtlərini diqtə edə bilsin: “Putinə nüvə şantajı hakimiyyətini qorumaq üçün lazımdır. Bu, ondan ötrüdür ki, hamını (Qərb liderlərini-red.) masa arxasına oturdub, alış-veriş edə bilsin və Rusiya daxilində bunu dünya üzərində qələbə kimi təqdim etsin. Bütün digər variantlar əks nəticə verir – onun hakimiyyətini zəiflədir, ya da o, ümumiyyətlə hakimiyyəti itirir. Putin isə hesab edir ki, hakimiyyətilə birgə həyatını da itirəcək və o, müəyyən dərəcədə haqlıdır”.

Qudkov deyib ki, Putin taktiki nüvə silahı istifadə etməkdən qorxur, çünki Qərb dövlətləri ona şəxsən özünün məhv ediləcəyi barədə xəbərdarlıq ediblər. Qudkov Böyük Britaniya Baş naziri Boris Consonun xəbərdarlığını xatırladıb və deyib ki, Putin yalnız güc dilini anlayır. Odur ki, nüvə silahından istifadə imkanları xeyli məhdudlaşan Putin üçün Zaporojye AES yeni nüvə şantajı vasitəsinə çevrilib.

Belə ki, onun stansiyada partlayış törədib, günahı Ukrayna hərbçilərinin üzərinə atmaq imkanı yaranıb və Qərbdə də bunu yaxşı anlayırlar. Lakin nədənsə, buna görə Putinə lazım olan dərəcədə sərt cavab və xəbərdarlıq vermirlər: “Putin deyəcək ki, biz heç kimə nüvə zərbəsi endirməmişik. Bu, sadəcə texnogen fəlakətdir və sair”.

Qudkovun fikrincə, AES-in partladılması və yaranan fəlakət nəticəsində Rusiyanın özünün beş-altı vilayətinin, eləcə də Belarusun nüvə şüalanmasına məruz qalması, nüvə buludlarının Türkiyə sahillərinə qədər gedib çıxması təhlükəsi Putinin vecinə də deyil. Əsas odur ki, eyni dərəcədə Ukrayna ilə bərabər Polşa, Rumıniya və digər Avropa ölkələri də “zəhərlənəcəklər”. Bu isə Qərbin cəzalandırılması, onun Ukraynaya dəstəkdən və Rusiya ilə savaşdan vaz keçməsi deməkdir. 

Odur ki, Putin gerçəkdən Zaporojye AES-i partlada bilər: “Bəli, bu nüvə şantajı real nüvə təhlükəsinə, 100 minlərlə, hətta milyonlarla kvadrat kilometr ərazilərin radiaktiv zəhərlənməsinə, həyat üçün yararsız vəziyyətə düşməsinə gətirib çıxara bilər. Unutmayın ki, Zaporojye AES Çernobıl stansiyasından xeyli böyük və güclüdür. Milyonlarla insan bundan böyük zərər görə bilər. Putin hesab edir ki, Zaporojye AES-i partlatsa, onu nüvə silahı tətbiqində günahlandıra bilməyəcəklər. Çünki qərbdəkilər ona indiyə qədər lazım olan sərt cavabı verməyiblər. Yalnız BMT Təhlükəsizlik Şurasının bu məsələyə dişsiz münasibəti oldu. MAQATE isə sadəcə, hansısa nəzarət mexanizmlərinin tətbiqinin vacibliyi barədə açıqlamalar verdi. Onlar anlamaq istəmirlər ki, Putin güc dilindən başqa heç bir dil bilmir”.

 

Bolqarıstanda mühacir həyatı yaşayan Qudkov deyib ki, Putinlə necə danışmağın yolunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi bilən lider yoxdur: ”Yalnız Ərdoğan ona güc göstərir. Məsələn, Ərdoğan ona deyir ki, “bilirsən nə var, bu gündən etibarən Suriyaya uçmursan. Mən belə qərar vermişəm. Volodya, sənin gəmilərini Bosfor boğazından buraxmayacam. Bu, mənim qərarımdır”. Yaxud, görüşlərin birində ona deyir ki, ““Bayraktar” bizim biznesdir. “Bayraktar”-ları necə ki, Ukraynaya verirdik, bundan sonra da verəcəyik”. Budur, Ərdoğan göstərir ki, Putinlə necə danışmaq, necə rəftar etmək lazımdır. Qərbdəki liderlər bundan nümunə götürməlidirlər”.

Qudkovun fikrincə, Qərb Zaporojye AES işğal olunan kimi sərt cavab verməli, Rusiyanı oradan çıxmağa məcbur etməliydi. O, hesab edir ki, indiki halda Putin Zaporojye AES-i partlatmaqla, artıq hibrid nüvə savaşına başlamış olacaq. Qərb isə bu təhlükəyə hələ cavab vermir.

Qudkov deyib ki, Qərb stansiya partlayacağı təqdirdə Putini gözləyən cəza barədə konkret açıqlama verməli, mövqe, qərar ortaya qoymalıdır. Yalnız bu, Putini nüvə şantajından çəkindirə bilər. Necə ki, o, nüvə silahından istifadə edəcəyi halda Boris Conson və ABŞ hərbi rəhbərliyi tərəfindən hansı cavabı alacağına dair xəbərdar edilmişdi. 

C.Məmmədov (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar