Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BP: “Şahdəniz “Alfa” platformasından hasilat 14 günlüyünə dayandırılır”

“BP Azerbaijan” “Şahdəniz”in illik iş proqramının bir hissəsi olaraq “Şahdəniz Alfa” platformasında və Səngəçal terminalındakı “Şahdəniz-1” qurğularında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirməyə başlayıb.

Bu barədə “Report”a “BP Azerbaijan”dan bildirilib.

Plana əsasən, “Şahdəniz Alfa” platformasından hasilat 2022-ci il avqustun 14-dən başlayaraq 14 gün ərzində dayandırılır ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin.

Proqram çərçivəsində Səngəçal terminalının “Şahdəniz-1” hissəsində vacib təhlükəsizlik avadanlıqlarının qabaqlayıcı profilaktikası və yoxlama işləri, məşəl kabellərinin dəyişdirilməsi, yeni qaz analayzer avadanlıq dəstnin quraşdırılması (metan qazı intensivliyini ölçmək üçün), monoetilen glikol xəttinin təzyiq artımından qorunması üçün bəzi işlər, ventillərin dəyişdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və s. kimi profilaktik əməliyyatlar və yoxlamalar həyata keçiriləcək. Parallel olaraq, Şahdəniz Alfa platformasında da müxtəlif təmir işləri, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması (metan qazı intensivliyini ölçmək üçün), nukleonik mənbələrin dəyişdirilməsi, üç mürəkkəb ventil avadanlığının dəyişdirilməsi və s. kimi layihə işləri həyata keçiriləcək.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2021-ci ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2022-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Alfa platformasının müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil edilmişdir.

Proqram müddəti ərzində Şahdəniz Bravo platforması və ümumilikdə Şahdəniz 2 hasilat və ixrac sistemi, Səngəçal terminalındakı Şahdəniz 2 qurğuları normal əməliyyatlarını o cümlədən regional və Avropa bazarlarına qaz təchizatını davam etdirəcək.

Həmçinin Azəri-Çıraq-Günəşli (AÇG) platformalarının hamısından - Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Çıraq, Dərinsulu Günəşli və Qərbi Çıraq paltformalarından hasilat, Səngəçal terminalının AÇG və İlkin Neft Layihəsi hissələri, həmçinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar