Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis Bərdədə əməliyyat keçirib, saxlanılanlar var

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının bugünlərdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində müxtəlif cinayət əməlləri törədən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlui bilinən Ağcabədi şəhər sakini Elmir Eminov idarə etdiyi “VAZ” markalı avtomobillə saxlanılıb.

Ona məxsus avtomobilə keçirilən baxış zamanı oradan 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Bundan əlavə şöbə əməkdaşları tərəfindən keçirilən digər uğurlu əməliyyat tədbirləri nəticəsində saxta pulların satışı ilə məşğul olan, eləcə də qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən daha iki nəfər tutulub.

Araşdırmalarla onların Bakı şəhər sakini Tapdıq Məmmədzadə və Bərdə rayon sakini Rəşan Zöhrablı olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən T.Məmmədzadəyə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan 50 ədəd 50 manatlıq və 80 ədəd 100 manatlıq əskinas olmaqla ümumilikdə 130 ədəd saxta pul, R.Zöhrablını yaşadığı ünvandan isə 1 ədəd avtomat, 1 ədəd avtomat darağı və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar