Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşir

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan təmsilçilərinin də bu raunddakı potensial rəqibləri müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

“Neftçi” II təsnifat mərhələsində Kipr “Aris”ini üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətinə düşəcək. Bu halda “ağ-qaralar” “Tvente” (Niderland), “Mölde” (Norveç) / “Elfsborq” (İsveç) cütünün qalibi, “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi, “Hapoel” (Beer-Şeva, İsrail) / “Dinamo” (Minsk, Belarus) cütünün qalibi və ya “Levski” (Sofiya, Bolqarıstan) / PAOK (Yunanıstan) cütünün qalibi ilə oynayacaq.

Azərbaycanın digər iki təmsilçisi isə hazırkı rəqiblərini keçməyi bacarsa, III raundda səpələnmişlər səbətində yer alacaq.

“Zirə” İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, “Rujomberok” (Slovakiya) / “Riqa” (Latviya) cütünün qalibi, “Kızıl Jar” (Petropavlovsk, Qazaxıstan) / “Osiyek” (Xorvatiya) cütünün qalibi, “Vikinqur” (Farer adaları) / "Dunayska Streda" (Slovakiya) cütünün qalibi, “Qzira Yunayted” (Malta) / “Radniçki” (Serbiya) cütünün qalibi və ya "Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Qəbələ” Macarıstanın “Fehervar” komandasını keçsə, III raundda “Panatinaikos” (Yunanıstan), “Sepsi” (Rumıniya) / “Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi, “Vlajniya” (Albaniya) / “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi, “Koper” (Sloveniya) / “Vaduts” (Lixtenşteyn) cütünün qalibi və ya “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin matçları avqustun 4-ü və 11-də oynanılacaq.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar