Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşağı da, böyüyü də narahat edən yeni virus: “Gün ərzində yeddi-səkkiz dəfədən çox qusursa...”  - Foto

Son günlər həm uşaqlar, həm də böyüklər arasında qızdırma, halsızlıq, qusma ilə müşahidə edilən xəstəlik yayılıb. Tez-tez sosial şəbəkələrdə bu barədə paylaşımlar görürük.

İnsanlar adətən iki gün davam edən xəstəliyin nə olduğunu bilmirlər. Əsas simptomlar – başağrısı, ishal, qusma, qızdırma və halsızlıqdır. Bəs bu, infeksion xəstəlikdirmi? Adamların özlərini bu cür hiss etmələrinə səbəb nədir?

Oxu.Az-ın bu və digər suallarını Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Əkbər Quliyev cavablandırıb.

O bildirib ki, yay aylarında bir neçə güclü virus var ki, istiyə dözümlü olduğundan artıq onların fəsadlarını görürük:

“Xüsusilə uşaqlarda bu viruslara yoluxmalar müşahidə edilir. Virusların xüsusiyyəti belədir ki, qızdırma, ishal, qusma, qarın ağrısı ilə müşahidə edilir. İki günə yaxın qızdırma davam edir, qusma olur. Uşaqlar sadəcə yüngül maye qəbulu və pəhrizlə bu xəstəlikdən sağalırlar. Yox, əgər uşaq gün ərzində yeddi-səkkiz dəfədən artıq qusursa (və ya ishal olursa), ağızdan heç bir qida qəbulu mümkün olmursa, hərarət yüksək olursa, artıq həkimə müraciət etmək lazımdır”.

Həkim günvurma ilə bağlı məsələyə də münasibət bildirib:

“Valideynlərin diqqətinə çatdırılır ki, səhər saat 11-ə qədər və saat 16:00-dan sonra uşaqların Günəş şüaları qəbul etmələri yaxşıdır. Digər saatlarda Günəş şüaları uşaqlara zərərlidir. Günvurma simptomları - halsızlıq, güclü yuxuya meyillilik, ishal, qusma, hərarət və digər şikayətlər - varsa, diqqətli olsunlar. Uşaqları kölgəyə çəkib az-az su içirmək lazımdır. Yox, əgər əhval-ruhiyyəsində ciddi mənfiyə doğru dəyişiklik sezilərsə, huşu özündə olmayan vəziyyətdə olarsa, dərhal həkimə müraciət edilməlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar