Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK ilə Statistika Komitəsinin rəqəmləri niyə fərqlidir? – Hələ də 1 milyon vətəndaş seçici sayılmır

Mərkəzi Seçki Komissiyasının 27 may 2022-ci il hesabatına görə, Azərbaycanda 6,4 milyon seçici var. Ölkədəki son seçkidə – 9 fevral 2020-ci ilin parlament seçkisində 5,3 milyon seçici qeydə alınmışdı. İki il ərzində 1 milyondan çox seçici artıb. Halbuki Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin müddət ərzində seçici yaşını – 18 yaşı 158 min ətrafında şəxs tamamlayıb. Ali seçki qurumunun cəmiyyətə bir açıqlama borcu var: bu qədər seçicini indiyədək harada saxlayıb?

Əslində sual ritorikdir. Mərkəzi Seçki Komissiyasının açıqladığı seçici siyahıları ilə Dövlət Statistika Komitəsinin siyahılarında ciddi fərq olduğu hər seçkidə müzakirə mövzusudur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilə əhalinin sayı 10,1 milyon nəfər olub. Onların 2,6 milyonu 18 yaşa qədər şəxslər kimi rəsmiləşib. Belə çıxır 18 yaşını tamamlayan 7,5 milyon nəfər olub – Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi son siyahı ilə müqayisədə 1,1 milyon nəfər çox.

Ölkədə rəqəmsal idarəetməyə, sənədləşməyə yüz milyonlarla manat vəsait xərclənir. Şəxsiyyət vəsiqələri, pasportlar rəqəmsal çiplərlə, informasiyalarla təchiz edilib. Belə olan halda haqlı sual yaranır: vahid dövlət qeydiyyat sisteminin qurumlar arasında istifadəsini təşkil etmək bu qədərmi çətindir?

Prezidentin 12 sentyabr 2018-ci il fərmanı ilə təsdiqlənən “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları”na görə, dövlət informasiya ehtiyatının və sisteminin səmərəli təşkili və istifadəsi, informasiyanın ilkin mənbədən əldə edilməsi və təkrarçılığın aradan qaldırılması üçün dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyası aparılmalıdır. Mərkəzi Seçki Komissiyası və Dövlət Statistika Komitəsi fərdlərin fərdi məlumatlarını ilkin mənbədən əldə edib ona uyğun istifadə etməli idi. Görünür, normativ sənədləri oxumağa vaxtları yoxdur.

Ələsgər Məmmədli - hüquqşünas

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar