Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsinin sədri: "Mina çirklənməsi şəhərlərin bərpasına ciddi maneədir"

“Münaqişədən zərər çəkmiş ərazilərin geniş şəkildə minalanması, onların dəqiq xəritələrinin olmaması səmərəli şəhərsalma, bərpa işlərinə və yüz minlərlə keçmiş məcburi köçkünün öz yerlərinə qayıtmasına ciddi maneə olaraq qalır”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhər Forumunun (WUF 11) XI sessiyası çərçivəsində nazirlərin dəyirmi masasında çıxışı zamanı deyib.

““Azərbaycan ərazilərinin işğalı zamanı urbisidlər və ekosidlər nəticəsində 300-dən çox şəhər və kənd, mədəniyyət və dini obyektlər tamamilə dağıdılıb”, - A.Quliyev bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan şəhərlərin sıfırdan yenidən qurulmasına, müasir şəhərsalmaların tətbiqinə və “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji” və “təmiz zona” anlayışlarından istifadə etməyə başlayıb və artıq nəzərəçarpacaq nəticələr əldə edib.

“Biz istəyirik ki, tikdiyimiz şəhərlər inklüziv, təhlükəsiz və davamlı olsun”, - komitə sədri əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar