Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə dəhşət: Küçədə həyat yoldaşı tərəfindən öldürülən qadına heç kim kömək etmədi

İyunun 23-də Gəncədə 37 yaşlı kişinin küçədə 25 yaşlı həyat yoldaşını amansızlıqla öldürməsinin görüntüləri yayılıb.

PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülər şəhərin mərkəzində yerləşən Şah İsmayıl Xətai prospektində müşahidə kamerası vasitəsilə lentə alınıb.

Videodan məlum olur ki, Gəncə sakini, 1985-ci il təvəllüdlü Rauf Vəliyev Texnologiya Universitetinin yaxınlığında - küçənin kənarında həyat yoldaşı Aynurə Bayramova ilə mübahisə edir. Bu zaman o, qəfil şəkildə bıçaqla gənc qadına hücum edərək ona zərbələr endirib.

Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra izləyicilər təqsirləndirilən şəxslə yanaşı, hadisə vaxtı yaxınlıqda olanları da qınayıblar. Belə ki, kadrlardan görünür ki, bir neçə metr kənarda dayanmış gənclər Raufun qadını bıçaqladığını görərək oradan uzaqlaşırlar. Bəzi şəxslər isə sadəcə qətlə tamaşa edir. Həmin adamlar yalnız Rauf Vəliyev Aynurənin boğaz nahiyəsini kəsib uzaqlaşmasından sonra yaralı qadına tərəf gəlirlər.

Daha sonra xəstəxanaya çatdırılan A.Bayramova vəfat edib.

Qeyd edək ki, hadisəni törədən R.Vəliyev saxlanılıb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Rauf Vəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar