Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

G7 liderləri: “Lazım olduğu müddətdə Ukraynanın yanında olacağıq”

"Biz Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcəyik və lazım olduğu müddətdə Ukraynanın yanında olacağıq".

PİA.az xəbər verir ki, bu, G7 liderlərinin Ukraynaya dəstəklə bağlı ortaq bəyanatında bildirilib.

G7 liderləri bəyan ediblər ki, onlar Ukrayna ilə həmrəyliyə və Ukrayna hökumətini və xalqını öz ölkələrinin suverenliyini və ərazi bütövlüyünü cəsarətlə müdafiə etməkdə, dinc, firavan və demokratik gələcək uğrunda mübarizələrində dəstək verməklə bağlı öhdəliyə sadiqdirlər.

"Biz Avropa İttifaqı Şurasının Ukrayna və Moldovaya namizəd ölkə statusu vermək qərarını alqışlayırıq. Biz bu ölkəyə maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcəyik və nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq. Bunu edərkən, biz Rusiyanın təcavüzünün beynəlxalq təsirlərinə, xüsusən də ən həssas qruplar (ölkələr) üzərində olan təsirlərinə qarşı mübarizə aparmaq istiqamətində qlobal məsuliyyət və həmrəylik nümayiş etdirmək öhdəliyimizi bir daha bəyan edirik".

G7 liderləri bəyanatda qeyd ediblər ki, onlar "Rusiya tərəfindən başladılan və Belarus tərəfindən dəstəklənən Ukraynaya qarşı qəddar, əsassız və qeyri-qanuni müharibədən dəhşətə gəlir və bunu qəti şəkildə pisləyirlər".

"Biz Rusiyanın sərhədləri zorla yenidən çəkməklə bağlı davamlı cəhdlərini pisləyir və onun nəticələrini tanımırıq".

Liderlər bəyan ediblər ki, bu müharibənin nəticələri yalnız Avropada deyil, qitədən kənarda da özünü göstərir.

"Bu, beynəlxalq hüququn açıq-aşkar pozulması, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması, ağır bir cinayətdir.

Biz Rusiyanın nüvə ritorikasından əsassız istifadə etməsini bir daha pisləyirik. Rusiya öz beynəlxalq öhdəliklərinə, o cümlədən kimyəvi, bioloji və ya nüvə silahlarının istifadəsini qadağan edən öhdəliklərə əməl etməlidir. Biz Rusiyanı məsuliyyətli davranmağa və təmkinli olmağa çağırırıq və bir daha bildiririk ki, bu cür silahlardan istənilən istifadə qəbuledilməzdir və ölkə ağır nəticələrlə üzləşəcək. Nüvə gücünə malik raketlərin Belarusa göndərilməsi ehtumalı ilə bağlı Rusiyanın açıqlamasından ciddi narahatlığımızı ifadə edirik".

Bəyanatda qeyd olunur ki, G7 ölkələri Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək verməyə sadiq qalırlar və gələcək sülh müqaviləsi ilə bağlı qərar vermək hüququ yalnız Ukraynaya aidir və bu məsələdə ölkəyə hər hansı xarici təsir və təzyiq tətbiq oluna bilməz.

G7 liderləri bəyanatda bildiriblər ki, onlar maraqlı ölkələr və Ukrayna ilə birlikdə gələcəkdə də bu ölkənin öz təhlükəsizliyni və dayanqılılığını daha da gücləndirmək üçün əməkdaşlıq etməyə hazırdırlar.

G7 liderləri vurğulayıblar ki, onlar müharibədən sonra Ukraynanın yenidən qurulması və infrastrukturun bərpası istiqamətində Ukraynaya maliyyə dəstəyi verəcəklər.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar