Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və İran rəsmiləri birgə tikinti layihələrini müzakirə ediblər

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının yaradılması haqqında iki ölkə arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn işlərin icrası müzakirə edilib.

Tərəflər bu layihə çərçivəsində tikiləcək körpülərin texniki işlərinin yekunlaşdırılması və inşaat işlərinə tezliklə başlanmasının önəmini qeyd ediblər.

Bununla yanaşı, Rəşt-Astara dəmir yolu xəttinin və Astaraçay üzərində dəmiryolu yük terminalının tikintisinin davamı haqqında da fikir mübadiləsi aparılıb, həyata keçirilən bütün bu müştərək layihələrin iki qonşu və dost dövlət arasındakı iqtisadi-ticari əməkdaşlığın və xalqlararası münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcəyi vurğulanıb.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar