Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın Konstitusiya Məhkəməsi hökumətin prezidentə qarşı iddiasını qəbul edib

Gürcüstanın Konstitusiya Məhkəməsi “Gürcüstan hökuməti Gürcüstan Prezidentinə qarşı” iddiasına baxacaq.

“Report”un yerli bürosu xəbər verir ki, konstitusiya iddiasına məhkəmənin Plenumunda baxılması məqsədəuyğun hesab edilib.

Məhkəmənin qərarında bildirilib ki, Gürcüstan hökuməti iyunun 10-da konstitusiya şikayəti təqdim edib. İddiada səfirlərin və diplomatik missiyaların rəhbərlərinin təyinatı və vəzifədən azad edilməsi ilə bağlı hökumət və Gürcüstan prezidenti arasında səlahiyyətlərin bölünməsi tələb olunur.

Gürcüstan hökuməti bildirib ki, Konstitusiya Gürcüstan prezidentinə ölkənin daxili və ya xarici siyasətinin həyata keçirilməsində iştirak etmək səlahiyyətini vermir. Bu müstəsna səlahiyyət Gürcüstan hökumətinə məxsusdur.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinə müraciətin səbəbi prezidentin hökumətin təqdimatı ilə bir sıra ölkələrə səfir təyinatından imtina etməsi olub. Gürcüstanın Prezident Administrasiyasından iddiaya cavab olaraq isə bildirilib ki, 2021-ci ilin yanvarın 1-dən 2022-ci ilin martın 21-dək olan dövrdə hökumət səfir və diplomatik missiya rəhbərləri vəzifəsinə 12 namizəd təqdim edib və dövlət başçısı onların hamısının təyinatı haqqında fərman imzalayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar