Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Macarıstan səfiri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.

Bu barədə PİA.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib.

Nazir Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli təmaslar daxil olmaqla, ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişafını qeyd edib və bu münasibətlərin müxtəlif sahələrdə daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

Səfir Viktor Sederkenyi Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirdi və ölkəmiz ilə bağlı xoş təəssüratlarının daima xatirində olacağını qeyd edib. O, ölkələrimiz arasında sadəcə dostluq və strateji əməkdaşlıq deyil, Türk Dövlətləri Təşkilatında iştirak ilə qardaşlıq münasibətlərinin də olduğunu məmnunluqla bildirib.

Tərəflər, iki ölkə arasında siyasi, iqtisadi-ticarər, humanitar, o cümlədən təhsil, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini səsləndiriblər.

Sonda Nazir Ceyhun Bayramov səfir Viktor Sederkenyiyə bir daha gələcək fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən çox oxunanalar