Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in idmançıları yeni uğurlara imza atıblar - Foto

12-19 iyun 2022-ci il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Dünya Güləş Federasiyasının təşkilatçılığı ilə U-17 yeniyetmələr arasında yunan-Roma və sərbəst güləş növü üzrə Avropa çempionatı keçirilib.

PİA.az xəbər verir ki, çempionatda 33 ölkədən 320-yə yaxın idmançı mübarizə aparıb. Yarışda iştirak edən FHN-in yunan-Roma güləş növü üzrə yeniyetmələrdən ibarət komandasının və Azərbaycan milli yığma komandasının üzvü Davud Məmmədov 71 kq çəki dərəcəsində 4 döyüş keçirərək çempionatın gümüş medalının sahibi olub. Qalibə diplom və medal təqdim olunub.

Qeyd edək ki, yeniyetmə yunan-Roma güləşçilərindən ibarət Azərbaycan millisi həm medalların sayına, həm də toplanan xallara görə rekorda imza ataraq ardıcıl 2-ci dəfə Avropa çempionu adını qazanıb.

14-22 iyun tarixlərində Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Boks Federasiyasının təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirilib.

Çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandadan 370-ə yaxın boksçu öz qüvvəsini sınayıb.

Yarışda iştirak edən FHN-in yeniyetmə və gənclərdən ibarət boks üzrə komandası İdman-sağlamlıq klubunun əməkdaşı İlkin Ağayevin və məşqçi müəllim Vüqar Hüseynovun rəhbərliyi altında yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, qızlar arasında 51 kq çəki dərəcəsində Mələk Hümmətova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medalın sahibi olub. Oğlanlar arasında isə komandanın üzvləri 66 kq çəki dərəcəsində Murad Babazadə yarışın gümüş, 70 kq çəki dərəcəsində Nicat Səmədov bürünc medala yiyələniblər. Qaliblərə Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Boks Federasiyasının kubok, medal və diplomları təqdim edilib.

Mükafatlanan idmançılar yığmanın komandanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

19 iyun 2022-ci il tarixində Türkiyənin Sakarya şəhərində MMA peşəkar döyüş növü üzrə “Bozbey Fighting Championship” turniri keçirilib. Turnirdə 5 ölkədən (Türkiyə, Azərbaycan, Rusiya, İran və Özbəkistan) müxtəlif çəki dərəcələrində 32 idmançı öz qüvvəsini sınayıb. Yarışda iştirak edən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov 66 kq çəki dərəcəsində qızıl medalın sahibi olub.

Bildirək ki, Toğrul Mikayılov sanda döyüş növləri üzrə 5 qat dünya çempionudur.

24 iyun 2022-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda uğur qazanmış idmançılar və məşqçi müəllimlərlə görüşərək qazandıqları nailiyyətlərə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar