Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun Bakı səfərinin pərdəarxası məqamları - Rusiyaya “Zəngəzur dəhlizi” əvvəlkindən daha çox lazımdır...

Lavrovun Türkiyə və Yeravan səfərlərindən sonra Bakıya gəlməsi formal xarakter daşıyır, yoxsa ciddi regional müzakirələr ola bilər?..

Politoloq: “Ruslar Zəngəzur dəhlizində hərəkətin təşkili, giriş-çıxış rejiminin müəyyənləşməsi, təhlükəsizlik tədbirlərinin görülməsində həlledici rola malik olmağa çalışırlar. Rəsmi Bakı və İrəvanın isə fərqli baxışları var. Lavrov məhz bu məsələləri razılaşdırmaq üçün Bakıya səfər edir”.

“Lavrov Ankara və İrəvan müzakirələrindən sonra yenilənmiş təkliflərlə Bakıya gəlir”.

Bu sözləri politoloq Zaur İbrahimli Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gözlənilən səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana səfər edəcək. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, Sergey Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Qeyd edək ki, bəzi məlumatlara görə Qərbin ağır sanksiyaları ilə üzləşən Rusiya indi “Zəngəzur dəhlizi”nin tez bir zamanda açılmasında əvvəlkindən daha maraqlıdır. Elə Lavrovun Ankara və Yeravan səfərlərində məhz “Zəngəzur dəhlizi”nin açılması əsas müzakirə mövzusu olduğu qeyd edilir. Lakin Ermənistanın tutduğu qeyri-konstuktiv mövqe Rusiyanın təcriddən qurtulmaq üçün cəhdlərini çətinləşdirir. “Zəngəzur dəhlizi”nin açılması üçün Azərbaycan-Ermənistan sərhədlərinin demilitasiyası və demarkisizasiyanı və sülh sazişinin bağlanmasını da vacib edir ki, bu məsələdə də Ermənistanın tutduğu mövqe problemin yaxın aylarda bu məsələlərin həllini tapmayacağından xəbər verir.

Bəs Lavrovun Bakı səfəri bu düyünü açmaq üçün ümidverici ola bilərmi? Lavrovun Türkiyə və Yeravan səfərlərindən sonra Bakıya gəlməsi formal xarakter daşıyır, yoxsa ciddi regional müzakirələr ola bilər?

Lavrovun Bakı səfərindəki məqamları PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Lavrovun gündəliyində Rusiya üçün əlavə çətinliklər yaradılmaması və “Zəngəzur dəhlizi” ilə əlaqədar məsələlərdə Bakı ilə dil tapmaqdır”.

Rusiyanın ağır sanksiyalarla dünyadan təcrid olunması Şimal-Cənub və Şərq-Qərb dəhlizinin əsas həlqəsi kimi Azərbaycanın və Zəngəzur dəhlizi layihəsinin əhəmiyyətinin çox artdığını düşünən politoloq PİA.az-a bildirib ki, sanksiyaların pəncəsində qıvrılan Rusiya üçün bu yeni logistik imkanlar deməkdir:

“Bu suala cavab vermək üçün ilk növbədə son vaxtlar Cənubi Qafqazla əlaqədar və Azərbaycanla Ermənistan arasında postmüharibə nizamlanması ilə bağlı prosesləri təhlil etmək lazımdır. Açıq mənbələrdən məlumatların təhlili onu deməyə əsas verir ki, Avropa İttifaqının moderatorluğu ilə Bakı və İrəvan arasısnda ən azı iki məsələdə müəyyən ortaq nöqtələr tapılması və praktik addımlar atılması barədə razılığa gəlinməsi mümkün olub.

Ermənistan nəhayət ki, “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı məsələlər üzrə müəyyən qərarlar qəbul edib, tərəflər avtomobil yolunun marşrutunu müəyyənləşdiriblər. Görünən budur ki, “Zəngəzur dəhlizi”ni təşkil edəcək avtomobil və dəmir yollarının tikilməsi, marşrutlar, yolun Ermənistandan keçən hissəsində hərəkətin, yoxlama və nəzarətin təşkili, təhlükəsizliklə bağlı məsələlər ətrafında tərəflər arasında danışıqlar gedir.

Zaur İbrahimli: “Azərbaycanın Rusiyaya münasibətdə əvvəlki tarazlaşdırılmış siyasəti davam etdirməsi Moskva üçün çox vacibdir”.

Rusiya bu danışıqların tərəfidir, çünki, həm 10 noyabr Bəyantının icrasının təminatçısı, vasitəçi statusundadır, eyni zamanda Ermənistan dəmir yolları rus şirkətinin istifadəsindədir. Rusiyanın ağır sanksiyalarla dünyadan təcrid olunması Şimal-Cənub və Şərq-Qərb dəhlizinin əsas həlqəsi kimi Azərbaycanın və Zəngəzur dəhlizi layihəsinin əhəmiyyətini çox artırıb. Rusiya üçün bu yeni logistik imkanlar deməkdir. Hazırda ruslar bu prosesin sürətlənməsində maraqlıdırlar, Moskva üçün əsas məsələ nəzarət məsələsidir.

Ruslar Zəngəzur dəhlizində hərəkətin təşkili, giriş-çıxış rejiminin müəyyənləşməsi, təhlükəsizlik tədbirlərinin görülməsində həlledici rola malik olmağa çalışırlar. Rəsmi Bakı və İrəvanın isə fərqli baxışları var. Lavrov məhz bu məsələləri razılaşdırmaq üçün Bakıya səfər edir.

Həmçinin, Azərbaycanın Rusiyaya münasibətdə əvvəlki tarazlaşdırılmış siyasəti davam etdirməsi Moskva üçün çox vacibdir. Bu baxımdan Lavrovun gündəliyində Rusiya üçün əlavə çətinliklər yaradılmaması və Zəngəzur dəhlizi ilə əlaqədar məsələlərdə Bakı ilə dil tapmaqdır. Ehtimal etmək olar ki, məhz buna görə Lavrov Ankara və İrəvan müzakirələrindən sonra yenilənmiş təkliflərlə Bakıya gəlir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar