Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?

Qoç - sizin üçün önəmli suallara cavab aranan gündür. Yaxın ətrafınızdakı insanlar mövqenizi paylaşmırlar. Amma narahat olmayın.

Aradağınız cavabı tapacaq və şəraitə uyğun hərəkət edəcəksiniz. Tərəfdaş, iş yoldaşlarından biri ilə münasibətlər dəyişir. Əvvəllər xoşlamadığınız insan rəğbətinizi qazana bilər. Lakin həmfikir və hətta dost saydığınız insan isə sizi pərişan edə bilər.

Günün sonunda sizi xoş sürprizlər gözləyir. Yaxınlarınızı sevindirin. Dostlarla ünsiyyətdə olun. Laqeyd qalmadığınız insanın könlünü alın.
Təbii davranın.

Buğa - gün narahat başlanır. Ziddiyyətli informasiya alacaqsınız. Lakin xəbərin məğzinə varın, təfərrüatları dəqiqləşdirin. Yaxın ətrafınızdakı insanlar sizdən cavab gözləyirlər. Faydalı məsləhətlər eşidəcəksiniz.

Anlaşma, razılaşma və sövdələşmələr mənfəət vəd edir.
Günün ikinci yarısında yeni maraqlar yaranacaq.

Sizi nə isə narahat edirsə, nigaranlığın səbəblərini arayın. Zaman qıtlığı olacaq.
Ailədə problem varsa, onu dərhal həll edin.

Yaxınlarınız bilməlidir ki, siz gərəkdiyində inadkar və dönməz ola bilirsiniz.

Əkizlər - hadisələr gözləntilərinizə uyğun olmayan məcrada inkişaf edir. İndiyədək sizə dəfələrlə mane olan, planlarınızı alt-üst edən insanlar bu gün də işlərinizə sərt müdaxilə etməyə çalışacaqlar.

Onların qarşısından geri çəkilməyin. Məkrli niyyətlərin gerçəkləşməsinə imkan verməyin, sərt və qətiyyətli olun. İzafi təsir bağışlayan güzəştlərə getməyin. Sizdən sui-istifadə etməyə çalışırlar.

Günün ikinci yarısında narahatlıq və təlaş olacaq. Gərəkli tədbirlərəl əl atmasanız, stress əhvalınızı korlayacaq.

Əks cinsin mənsubu, qohumlarla münasibətlərdə problemlər istisna deyil.

Xərçəng - səhər saatlarından etibarən yeni imkanlar yaranır. İdeyaların reallaşması peşəkar müstəvidə uğurlara nail olmağınıza rəvac verir. Qətiyyətli və əzmli olun. Seçdiyiniz istiqamətlə irəliləyin, sapmayın.

Günün ortalarında faydalı tanışlıqlar, yeni bilgilər əldə edə biləcəyiniz insanla ünsiyyət mümkündür. Ciddi səhvlərə yol verməyin.
Günün məhsuldar keçməsinə səy göstərin.
Axşam saatlarına yaxın emosional yüksəliş, əhvalın yaxşılaşması vaxtıdır.

Nikbin olun. Ailə üzvlərinə yetərincə diqqət ayırın.

Şir - bu günün sürprizləri xoşdur. Planları dəyişməyiniz labüd prosesdir. Arzuladığınız nəticələrə çatmaq şansları yaranıb.

Günün ilk yarısı işgüzar danışıqlar üçün əlverişlidir. Karyera inkişafı və maaşın artırılması ilə bağlı rəhbərliklə danışa bilərsiniz.

Axşam saatları rahat, xoşdur. Dəvət olunduğunuz tədbirlərə qatılmağınız yeni tanışlıqlara imkan yaradacaq.

Aktiv olun, yaranmış imkanları dəyərləndirin.

Qız - yaşamınıza yeni nəsnə qatmaqdan çəkinməyin. Yeknəsəkliklə mübarizə və müxtəlif eksperimentlər üçün ən yaxşı gündür.

Nəyin mühüm, nəyin də əhəmiyyətsiz olduğunu sizə intuisiyanız bildirəcək. Mənasız işlərə və maraqsız hədəflərə çatmaq üçün vaxt sərf etməyin. Ətrafınızdakı insanlarla fikir ayrılıqları yaransa da, mövqeyinizdən çəkilməyin.

Axşam saatları öhdəsindən gələcəyiniz kiçik problemlər vəd edir. Yorulmamağa çalışın. Yaşam potensialı aşağıdır. Səhhətinizə fikir verin.

Açıq havada gəzinti yuxusuzluqdan qurtulmağa imkan verəcək.

Tərəzi - gerçəkdən də, mühüm olan işləri görün. İkinci dərəcəli işləri arxa plana keçirin və ya etibar etdiyiniz insana həvalə edin.

Müstəqil iş effektivdir. Birgə layihələrdə iştirakınız boş vaxt itkisi olacaq, əhvalınız da pozulacaq. İşdə çalışdığınız insanlarla ümumi dil tapmaq asan olmayacaq.

Siz öz mövqelərinizi müdafiə edirsiniz. Qətiyyətli olun, geri çəkilməyin. Az sonra bəlli olacaq ki, məhz siz haqlısınız.

Axşam saatlarında yaxınlarınız və ailə üzvləriniz sizi sevindirəcəklər.

Əqrəb - emosiyalarınız sizə qarşıdır. Hisslərinizə hakim olun, münaqişə yaratmayın. Yaxın ətrafdakı insanların nə düşündüklərinin, nə hiss etdiklərinin fərqinə varın. Həddən artıq eqoist olmayın.

Yaxşı və faydalı məsləhətləri qulaqardına vurmayın. Açıq-aydın deyilən sözləri, yardım istəklərini eşidin.

Axşam saatlarına yaxın emosional fon stabilləşəcək. İmkan varsa, alış-veriş edin.
Aktiv istirahəti seçin.

Oxatan - plan və ideyalarınız çoxdur. Onların hamısını reallaşdırmaq mümkün deyil. Bir planı seçin, onu gerçəkləşdirməyə çalışın.

Prioritetləri düzgün müəyyənləşdirməsəniz, işlər çətin olacaq. Yardıma ehtiyac yaranarsa, inanılmış insanlara müraciət edin. Yeni müttəfiqlər ümidləri doğrultmayacaq.

Çoxdan bəri həll edə bilmədiyiniz problemi günün ikinci yarısında çözə biləcəksiniz. Nikbinlik və öz qüvvələrinizə inamınız populyarlığınızı, sizə olan inamı artıra bilər.

Ailə üzvləriniz məişət problemlərini uğurla həll edirlər.

Oğlaq - yaxın ətrafınızdakı insanlara yardım edin, onların bəzi problemlərini çözün. Amma sadəlövh olmayın, sizdən sui-istifadə etməsinlər.

Qüvvə və potensialınızı dürüst planlaşdırsanız, qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Bədxahların intriqaları sizə mane olmayacaq.

Potensial müştəri və ya əməkdaşlıq etmək istədiyiniz insanla görüş üçün əlverişli gündür.
Günün ikinci yarısında maraqlandığınız insanda rəğbət oyadacaqsınız.

Şayiələr və dedi-qodular, böhtan nüfuzunuza zərbə vura bilər.

Yanlış məlumatların qarşısını ala bilməsəniz də, onların yalan olduğunu göstərin.
Axşam saatlarında istirahət edin.

Dolça - günün hadisələrini dəyərləndirəndə çaşqınlığa və yanlışlığa yol verməyin. Bədbin olmayın. Yeni bilik və təcrübənin əxz olunması üçün uğurlu gün deyil.

İnformasiya çox çətinliklə anlaşılır. Həmkarlarla münaqişələrə qatılmayın. Nüfuzlu və güclü rəqib "qazana" bilərsiniz.

Gəlir, maaş, yerinə yetirilmiş sifarişə və ya görülən işə görə ödəniş ola bilər.
Səfər uğurludur, maraqlı məkanla qarşılaşa bilərsiniz.

Axşam saatlarında yaradıcılıq potensialı güclənir. Yaxınlarınıza xoş sürprizlər edin.
Mədə-bağırsaq sistemində problemlər yarana bilər.

Səhhətinizə fikir verin.

Balıqlar - lider məziyyətlərinizi parlaq şəkildə nümayiş etdirin.

Mövqelərinizi paylaşmayan insanları belə, arxanızca aparmağı bacarın. İşdə həmkarlarınızla yanaşı, rəhbərlik və ya tabeçiliyinizdə olan insanlarla da dil tapın. Problemlərin çözümünü təxirə salmayın. Bu gün çox iş görə bilərsiniz.

Yeni tanışlıqlar asanlıqla yaranacaq, ünsiyyət çevrəniz genişlənəcək.

Təmaslarda sayıq olun. Dəyərsiz insanla əlaqə qurmayın.
Ailə üzvləriniz sizi sevindirəcək.(milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar