Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Rəhimzadə: "Bu gün Bakı ilə yanaşı regionlarımız da dünyanın diqqətindədir"

Azərbaycan Qlobal Bakı Forumunun tribunasından dəyişən dünyaya yeni yanaşmalar sərgiləməyə çağırışlar etdi

“Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu öz işini yekunlaşdırsa da tədbir çərçivəsində səsləndirilən bəyanatlar, mesajlar, keçirilən görüşlərdə müzakirə olunan məsələlər Azərbaycan və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Hər dövrün öz tələbi olmaqla yanaşı, hədəflərə çatmaq üçün birgə səylərin göstərilməsi, yeni yanaşmaların ortaya qoyulması da mütləqdir. Bu gün dünya, o cümlədən Cənubi Qafqaz regionu artıq Azərbaycanın yaratdığı postmünaqişə dövrünün reallıqlarını yaşamaqdadır. Dövlət başçısı İlham Əliyev Forumun açılışındakı nitqində bir daha vurğuladı ki, indi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsaq, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan bu gün təkcə bu istəyini ifadə etmir: “Ölkəmiz 30 illik işğal dövründə daim bu bəyanatla çıxış edirdi ki, ikili standartlara əsaslanan siyasətə son qoyulmalı, bu gün haqqında artıq keçmiş zamanda danışdığımız Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək göstərilməli, Ermənistan işğalçılıq siyasətinə görə beynəlxalq hüquq çərçivəsində layiqli cəzasını almalıdır. Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan, dünyanın bəzi güclərinin maraqları naminə həlli prosesi 30 ilə uzanan keçmiş Qarabağ münaqişəsi regionun iqtisadi inkişafında maneə kimi dəyərləndirilirdi. Otuz il həllini gözləyən Qarabağ münaqişəsi sonda dövlətimizin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində tarixin arxivinə göndərildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan o zamanlar vaxt qazanmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi: “Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu. Nəticə o oldu ki, Ermənistanın ideoloji bazası tamamilə darmadağın edildi. Otuzillik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə, onlar dünya ictimaiyyətinin gözündə işğalçı və təcavüzkar oldular.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlət başçısı İlham Əliyev regionun gələcəyi ilə bağlı Azərbaycanın yeni yanaşmalarından bəhs edərkən bu fikri xüsusi qeyd edib ki, biz 30 il itirdik və erməni işğalı olmasa idi Cənubi Qafqaz bu gün daha müasir, dinamik və daha geniş iqtisadi potensiala malik region ola bilərdi: “Azərbaycan müharibə şəraitində yaşasa da daim iqtisadi qüdrətinin artırılması istiqamətində mühüm addımlar atır və bu, öz növbəsində digər sahələrin də inkişafını şərtləndirirdi. Bu fikri böyük inam və qətiyyətlə qeyd edirik ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa sosial və iqtisadi layihənin uğurlu icrasından danışmaq qeyri- mümkündür. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ilə regonal inkişafın aparıcı qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Forumda diqqət göstərilən məsələlərdən biri məhz enerji təhlükəsizliyinin təmin olunması və Azərbaycanın bu sahədə töhfələri oldu. Regional çərçivədə qurulan əməkdaşlıq zaman keçdikcə coğrafiyasını daha da genişləndirdi. Bu gün artıq Cənub Qaz Dəhlizinin tam şəkildə istifadəyə verilməsindən bəhs olunur. Dövlət başçısı İlham Əliyev Forumdakı nitqində qeyd etmişdir ki, Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır.

Bu ilin fevral ayında Bakıda keçirilimiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısında da gələcək addımlar müzakirə edilmişdi. Enerjiyə olan daxili tələbatını tam təmin edən Azərbaycan bir çox ölkələrin artan ehtiyaclarını təmin etmək üçün əlindən gələni edir. Bərpa olunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakı dövrün hədəfləri öz əksini tapıb ki, bunlardan biri işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsidir. Azad edilən rayonlarımızın hər biri bu sahədə özünəməxsus potensiala malikdir.”

Vüqar Rəhimzadə hər bir beynəlxalq əhəmiyyətli tədbirin Azərbaycanın, o cümlədən iştirakçı dövlətlərin malik olduğu potensialın təqdimatında əhəmiyyətli rol oynadığını önə çəkərək bildirib ki, ölkə Prezidenti İlham Əliyev Forumdakı nitqində əsas diqqəti postmünaqişə dövrünün reallıqlarına yönəldərək Azərbaycanın regionda yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyinin güclənməsindən, bu hədəflərə nail olmaq üçün bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasından bəhs edərək sülh müqaviləsinin imzalanmasının vacibliyini bəyan etdi: “Təbii ki, atılan addımlar qarşılıqlı olmalıdır. Nəzərə alsaq ki, Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü 44 günlük Vətən müharibəsində dünyaya sübut etdi, bu halda Ermənistanın İkinci Qarabağ savaşında aldığı dərsi unudaraq sülh müqaviləsinin imzalanmasında tərəddüdlər içərisində vurnuxması diqqətdən kənarda qala bilməz. Təbii ki, bu tərəddüdlərin əsasında Ermənistanın ATƏT-in Minsk qrupunun vasitəçiliyinin bərpa edilməsi istəyi dayanır. Dövlət başçısı İlham Əliyev Forumda bu məqama da xüsusi diqqət yönəltdi ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti sıfırla nəticələnib. ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur: «Hesab edirəm ki, hər kəs bunu anlayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida. Yox, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır.”

YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin nitqində yer alan bu məqama da diqqəti yönəldib: “Ölkə Prezidenti bildirdi ki, Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər?

Təbii ki, bu sual Ermənistanla yanaşı, ona dəstək verən dövlətlərə də ünvanlanmalıdır. Ermənistanı sülh müqaviləsini imzalamağa inandırmaq əvəzinə, daha çox seyrçi mövqe tutan bu dairələr bununla regionda dayanıqlı sülhü və təhlükəsizliyi sadəcə sözdə dəstəklədiklərini təsdiqləyirlər. Necə ki, 30 illik işğal dövründə Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamə qəbul edir, konkret məqam yetişəndə susmağa daha çox üstünlük verirdilər. Ermənistanın 30 il danışıqları imitasiya naminə aparmasında da ərköyün uşaq kimi əzizlənməsi əsas rol oynayırdı. Bugünün reallıqlarına gəldikdə isə Azərbaycan qalib ölkə olaraq diktə edən tərəfdir. Bu reallıqlar yeni əməkdaşlıq formatlarının yaradılmasını, kommunikasiyaların açılmasını bir tələb kimi qarşıya qoyur. Bunun üçün əsas amil bölgədə dayanıqlı sülhü və təhlükəsizliyi təmin etməkdir. Dövlət başçısı İlham Əliyev Forumda təhlükəsizlik tədbirlərinin önəmini açıqlayaraq bu çağırışı etdi ki, hər bir ölkə bu tədbirlərə öz töhfəsini verməlidir.”

Vüqar Rəhimzadə diqqəti həm də Forumun bir panel iclasının Şuşada keçirilməsinə yönəldib: “Artıq Qarabağın tacı, Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı Şuşa diplomatik mərkəzə çevrilib. Son ilyarımdan artıq dövrdə paytaxt Bakımızın ev sahibliyi etdiyi elə bir tədbir yoxdur ki, həmin toplantıların ya yekun iclası, yaxud açılış mərasimi Şuşada keçirilməsin. 28 il Şuşanı erməniləşdirmək üçün cəhdlər göstərən Ermənistan hakimiyyəti bu gün Şuşadan səslənən bəyanatları eşitmək, bu torpağın sahibinin Azərbaycan olduğunu qəbul etmək məcburiyyətindədir. Bu gün bir daha böyük fəxr və inam hissi ilə qeyd edirik ki, nəinki paytaxt Bakı, həmçinin regionlarımız da iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir.”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar