Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artan tələbə şikayətləri - Universitetləri sadəcə rüşvət yuvası da adlandırmaq olar...

Universitetlərdəki rüşvət ittihamları ilə bağlı mövcud durumu və Təhsil Nazirliyinin unversitetlərdə baş verən rüşvət halalrına görə ölçü götürməməsini dəyərləndirmək olar?

Təhsil eksperti: “Pandemiya dövründə dərslər tələbələrə keçirilməyib, ya da zəif keçirilib. Bu hal da tədrisin keyfiyyətinə öz təsirini göstərib”.

“Universitetdə dövlət imtahanının saxlanılması bilavasitə korrupsiyaya, rüşvətə və pul tələblərinə yol açan bir haldır”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov son günlər universitetlərdə yayılan rüşvət iddialarını PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar universitetlərdə tələbələrdən rüşvət alınması ilə bağlı iddialar gündəmi məşğul etməyə başlayıb. Belə bir ittihamla biri də bir neçə gün öncə Bakı Dövlət Universitetinin tələbəsi çıxış edib. Ən çox şikayət gələn Universitetlər isə Sumqayıt Dövlət Unversiteti və Gəncə Dövlət Universitetiləridir. Xüsusi ilə SDU və GDU-dan gələn şikayətlər o qədər artıb ki, bu universitetləri sadəcə rüşvət yuvası da adlandırmaq olar. Tələbələrin bütün bu iddialarına qarşı isə Təhsil Nazirliyi susqunluqla cavab verir və iddalar araşdırılmır.

Universitetlərdəki rüşvət ittihamları ilə bağlı mövcud durumu və Təhsil Nazirliyinin unversitetlərdə baş verən rüşvət halalrına görə ölçü götürməməsini dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil-eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “Ali təhsil müəssisələri tələbələrdən əsassız pul tələblərini ləğv etməlidirlər. Bu təhsili gözdən salan haldır”.

Dövlət imtahanının ləğv edilməli olduğunu düşünən ekspert PİA.az-a bildirib ki, bununla da dövlət imtahanına görə tələbələrdən əsassız pul tələbləri olmayacaq:

“İlk növbədə qeyd edim ki, pandemiyadan sonra ali təhsil müəssisələrində təhsilin bərpa edilməsi neqativ hallara birmənalı şəkildə yol açır. Xüsusən biz ali və orta ixtisas təhsil müəssisələrində yekun dövlət attestasiyası ilə bağlı məsələləri deyə bilərik.

Bakı Dövlət Universiteti son üç il ərzində istər neqativ halların aradan qaldırılması,istərsə də təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində çox ciddi işlər görüb. Düzdür Bakı Dövlət Universitetində əvvəl vəzifədə olanların şəxlər bəzi hallardan sui-istifadə etməyə çalışırdılar. Amma universitet rəhbərliyi birmənalı şəkildə universitetdə bu tipli halların qarşısının alınması istiqamətində ciddi mübarizə aparır. Universitetdə kimlərsə, belə hallara yol verirsə, onlar cəzalandırılır.

İlk dəfə olaraq Bakı Dövlət Universitetində dekan, kafedra müdiri vəzifələrinə seçkilər tam şəffaf keçirildi və fakültədə istənilən insanlar bu vəzifəyə gətirildi. Bu gün Bakı Dövlət Universitetində dövlət imtahanına görə pulun tələb olunması, tələblərin imtahandan kəsilməsi yoxdur. Digər universitetlər, məsələn Sumqayıt, Gəncə universitetləri ilə bağlı bizə çoxsaylı şikayətlər daxil olur.

Kamran Əsədov: “Universitetlər tələbələrin imtahanlardan kəsilməsin şərait yaradırlar. Sonra isə onlardan əsassız pul tələb edirlər”.

Universitetdə dövlət imtahanının saxlanılması bilavasitə korrupsiyaya, rüşvətə və pul tələblərinə yol açan bir haldır. Biz iki ay idi ki, bunun qarşısının alınması üçün mübarizə aparırdıq. Biz dövlət imtahanının ləğv edilməsini istəyirdik. Çünki bilirdik ki, dövlət imtahanına görə tələbələrdən əsassız pul tələbləri olacaq. Bölgələrdə olan universitetləri və özəl universitetləri biz buraya daxil edə bilərik. Bu universitetlər tələbələrin imtahanlardan kəsilməsin şərait yaradırlar. Sonra isə onlardan əsassız pul tələb edirlər.

Belə halların qarşısını almaq üçün mütləq şəkildə dövlət imtahanı ləğv edilməlidir və bununla da dövlət imtahanına görə tələbələrdən əsassız pul tələbləri olmayacaq. Pandemiya dövründə dərslər tələbələrə keçirilməyib, ya da zəif keçirilib. Bu hal da tədrisin keyfiyyətinə öz təsirini göstərib. Ali təhsil müəssisələri tələbələrdən əsassız pul tələblərini ləğv etməlidirlər. Bu təhsili gözdən salan haldır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar