Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?

PİA.az 19 iyun, 2022-ci il tarixi üçün ulduz falını təqdim edir:

Günün əvvəlində çox güman ki, yeni bir iş görmək istəyəcəksiniz və çoxlarının bunu etmək imkanı olacaq. Ortaq maraqları və məqsədləri olan insanlar tez bir zamanda dil tapacaq, qarşılıqlı rəğbət hissi aşılanacaq və birgə hərəkətlərdə razılaşacaqlar. Yəqin ki, romantik və ya dostluq münasibətlərinin başlanğıcı olacaq. Günün ikinci yarısı xoş xəbərlərlə sevindirəcək. Bəzi xoş sürprizlər, gözlənilməz hədiyyələr və diqqət jestləri də mümkündür. Bu vaxt qonaqları qəbul etmək, yaxınlarınız üçün evdə məclislər təşkil etmək üçün əlverişlidir.

Qoç - Günün əvvəlində xırda problemlərdən və zəhlətökən anlaşılmazlıqlardan qaçmaq çətin ki, mümkün olsun. Hər şey istədiyimiz kimi alınmayacaq. Çox güman ki, planlarınızı dəyişməli, gözlədiyiniz işləri təxirə salmalı olacaqsınız. Amma narahat olmamalısınız. Tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək, ulduzların dəstəyi daha çox hiss olunacaq. Günün ikinci yarısı mühüm məsələlər, ciddi problemlərin həlli üçün münasib olacaq. Yeni bir iş götürməkdən çəkinməyin: bunu mükəmməl edə bilərsiniz, ciddi çətinliklərdən qorxmaq lazım deyil. Qeyri-adi ideyalarınızı yaxınlarınız da bəyənəcək.

Buğa - Günün əvvəli ciddi söhbətlər, mühüm məsələlərin müzakirəsi üçün çətin ki, uyğun olsun. Başqaları ilə münasibət qurmaq həmişəkindən bir qədər çətin olacaq: hətta zərərsiz ifadələrdən inciyə, xırda şeylərə əsəbiləşə bilərsiniz. Günün ikinci yarısı isə əksinə, ünsiyyət üçün əlverişli olacaq. Bu, yeni əlaqələr əldə etmək və köhnələrini bərpa etmək, mübahisə etdiyiniz insanlarla barışmaq imkanı verəcək. Alış-verişə tələsməmək daha yaxşıdır: ümumiyyətlə, ehtiyacınız olmayan bir şeyə şoxlu pul xərcləmək riski var. Gözlənilməz mənbələrdən kiçik pul daxilolmaları, qiymətli hədiyyələr ehtimalı var.

Əkizlər - Gün məşğul keçəcək. Bəzi gözlənilməz hadisələr, görüşlər ola bilər, buna görə planlarınızı dəyişmək, tamamilə yeni bir iş görmək istəyəcəksiniz. Ətrafınızdakı insanlar işlərinizə həmişəkindən daha tez-tez qarışa bilər, lakin siz bundan necə faydalanacağınızı tez başa düşəcəksiniz. Yeni tanışların köməyi sayəsində son vaxtlara qədər çox çətin görünən işlərin öhdəsindən gələcəksiniz. Ev üçün faydalı əşyalar, məsələn, mebel və ya məişət texnikası ala bilərsiniz. Seçimdə səhv etməyəcəksiniz və lazım olduğundan artıq xərcə düşməyəcəksiniz.

Xərçəng - Bəzi vacib məsələləri müzakirə etmək, son vaxtlar sizi və yaxınlarınızı narahat edən işlər barədə danışmaq üçün doğru gün gəlib. Hər kəsin bəyənəcəyi həll yolu tapmaq, gələcək üçün ümumi planlar barədə qərar vermək mümkün olacaq. Başqalarını başa düşmək sizin üçün asan olacaq. Əvvəllər yola getmədiyiniz, hər hansı səbəbdən mübahisə etdiyiniz insanlarla belə ümumi dil tapa biləcəksiniz. Ailədə bəzi sevincli hadisələr, eləcə də qohumlarınızla bağlı xoş xəbərlər ola bilər. Günün ikinci yarısı təhsil və yaradıcılıq axtarışları üçün əlverişli olacaq.

Şir - Bu gün çox işiniz olacaq, ona görə də yaxşı olar ki, boş yerə vaxt itirməyəsiniz. Ən vacibindən başlamağa dəyər. Günün ilk yarısı kifayət qədər sakit keçəcək, diqqətinizi cəmləyəcək və hətta mürəkkəb işlərin öhdəsindən tez gələ biləcəksiniz. Daha sonra bəzi hadisələr baş verə bilər, buna görə planları dəyişdirmək lazım olacaq, yeni işlər və narahatlıqlar yaranacaq. Uğur qazanacaqsınız, ancaq istədiyiniz nəticəni əldə etmək üçün çox çalışmalı olacaqsınız. Pulla ehtiyatlı olmaq lazımdır. Alış-veriş və əməliyyat qərarlarına vaxt ayırın, əyləncəyə çox pul xərcləməməyə çalışın.

Qız - Sürprizlərə hazır olun. Bu günün hadisələri şübhəsiz ki, sizi təəccübləndirəcək, bəzi tanış məsələlərə fərqli nəzər salmağa kömək edəcək. Gözlənilməz səfərlər, dostlarla və ya köhnə tanışlarla görüşlər mümkündür. Söhbət üçün çox maraqlı mövzular var, çox faydalı şeylər öyrənəcəksiniz. İş və ya bizneslə bağlı bəzi sualları nəzərdən keçirmək faydalı olacaq. Daha əvvəl fərq etmədiyiniz fürsətləri görəcəksiniz, mövqelərinizi möhkəmləndirmək və ya gəlirinizi artırmaq üçün nə etmək lazım olduğunu başa düşəcəksiniz. Planınızı həyata keçirmək üçün tələsməyə dəyməz. İntuisiyanız, şübhəsiz ki, düşünmək və planlaşdırmaqdan həlledici hərəkətə keçməyin nə vaxt daha yaxşı olduğunu sizə xəbər verəcək.

Tərəzi - Gün mühüm işlərlə məşğul olmaq üçün münasibdir. Sizin üçün tamamilə yeni olsa belə, səhv etməyəcəksiniz, istədiyiniz nəticəni daha tez əldə etmək üçün necə hərəkət edəcəyinizi tez anlayacaqsınız. Köhnə dostlar sizə kömək etməkdən məmnun olacaqlar. Əvvəllər sırf formal olan münasibətlər daha isti və daha etibarlı olacaq. Bu gün sizin üçün yeni bir şey öyrənmək, çətin məsələləri başa düşmək asan olacaq. Siz məişət texnikası, eləcə də iş və təhsil üçün lazım olan hər şeyi ala bilərsiniz. Bu alışlara peşman olmayacaqsınız.

Əqrəb - Ailə məsələlərinə diqqət yetirin. Bu gün yaxınlarınızdan birinin yardımınıza ehtiyacı ola bilər. Mümkündür ki, son zamanlar yaxınlarınızı narahat edən problemlərin həllinə diqqət yetirməli olasınız. İstədiyiniz nəticəni tez bir zamanda əldə etmək üçün intuisiyanız sizə necə hərəkət edəcəyinizi söyləyəcək. Gün qeyri-rəsmi şəraitdə iş və ya bizneslə bağlı məsələlərin müzakirəsi üçün münasibdir. Qeyri-adi ideyalarınız çoxlarının xoşuna gələcək. Nüfuzlu insanların sizə kömək təklif etməsi mümkündür.

Oxatan - Gün sizi maraqlı fikirlərə sövq edəcək, bir çox məsələlərə yeni bucaqdan gözdən salmağınıza kömək edəcək heyrətamiz hadisələr, qəribə təsadüflər gətirəcək. Uzunmüddətli planlarınızı dəyişmək istəməyiniz mümkündür. Unutmayın ki, tələsməməlisiniz: əvvəlcə yaxşıca düşünün və yalnız sonra konkret hərəkətlərə keçin. Qeyri-adi insanlarla tanış olmaq, eləcə də haqqında çoxlu xoş sözlər eşitdiyiniz insanlarla tanış olmaq imkanınız olacaq. Həyatınızda mühüm rol oynayacaq dostluq münasibətlərinin başlaması mümkündür.

Oğlaq - Günün əvvəlində işləriniz plana uyğun getməsə, narahat olmayın. Bu saatlar çətin ki, tamamilə asan və uğurlu olsun. Ancaq həll olunmayan problemlər yaranmayacaq və kiçik çətinliklərin öhdəsindən tez gələcəksiniz. Tezliklə vəziyyətin yaxşılığa doğru dəyişdiyini hiss edəcəksiniz. Günün ikinci yarısı yeni iş götürmək üçün münasibdir. Tezliklə ilk uğurlara nail olacaqsınız. Romantik münasibətlərdə təşəbbüsü ələ almaq üçün əlverişli zamandır.

Dolça - Günün başlanğıcı çətin ki, fikir ayrılıqları və mübahisələr olmadan keçsin. Bu zaman məsum iradlara belə kəskin reaksiya verə, xırda şeylərə görə əsəbiləşə bilərsiniz. Ancaq özünüzü toparlayıb müsbət əhvala köklənən kimi vəziyyət yaxşılığa doğru dəyişəcək. Səbr və xeyirxahlıq bir çox kərginlikləri yumşaltmağa kömək edəcək. Yaxınlarınızla münasibətlər daha isti və mehriban olacaq. Axşam dostlar və qohumların əhatəsində dincəlmək üçün əlverişli vaxtdır. Qonaqları qəbul edə bilərsiniz: hamı mənun qalacaq.

Balıq - Günün ilk yarısı gözəl ideyalar gətirəcək. Ola bilsin ki, əvvəllər planlaşdırdığınız işləri bir kənara qoyub tamamilə yeni bir iş görmək istəyəcəksiniz. İntuisiyanıza qulaq asın: o, sizə ən yaxşı yolu göstərəcək. Ancaq tanışların məsləhətləri hətta ən yaxşı niyyətlə verilsə də, faydasız ola bilər. Günortadan sonra işdə daha diqqətli olmalısınız. Maliyyə məsələlərini həll etməyə tələsməmək daha yaxşıdır: burada qeyri-ciddiliyə meylli olacaqsınız, bu da lazımsız xərclərə səbəb ola bilər. Ancaq sevgidə şanslı olacaqsınız.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar