Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vidadi Zeynalov həbs qoyulan 43 milyonluq əmlakını dövlətdən geri tələb edir

Ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov əmlaklarına qoyulan həbsin götürülməsi üçün məhkəməyə müraciət edib.

Lent.az-ın əldə etdiyi məlumat görə, sabiq aparat rəhbəri bunun üçün ilk olaraq, Binəqədi Rayon Məhkəməsinə üz tutub. Lakin birinci instansiya məhkəməsi onun bu tələbini yerinə yetirməyib. V.Zeynalov daha sonra məsələ ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Onun müraciətinə hakim Qürbət Əsgərovun sədrliyi ilə baxılacaq.

İddiada Vidadi Zeynalovdan başqa onun iki oğlu və bir qızı, həmçinin digər iki qohumu da iştirak edir.

Prosesdə qarşı tərəf isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsidir.

Qeyd edək ki, V.Zeynalov 2015-ci ildə həbs olunub. 2019-cu ildə isə azadlığa buraxılıb. Vidadi Zeynalov həbsdə olarkən, istintaq dövründə onun dəyəri 43 milyon manat olan ümumilikdə 67 daşınmaz əmlakına məhkəmə tərəfindən həbs qoyulub. Sonrada isə 2009-u ilədək onun əldə etdiyi əmlakların üzərindən həbs götürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar