Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşa Talıblı- "Səndəmi tək-tənha, yiyəsiz, Tanrım?"

Tərəzi daşı...

Hoydu...bu ərənlər hoydu-hoyduda...
Bax, bu alovun da başı hoydadı!
İnşallah, xatası gözümdən uzaq...
...göz yaşım tərəzi daşı boydadı!

Hanı üzü haqqa südəmər andlar?
..."get, sabah gələrsən" andı qarışıq!
...bu səhər bir xəbər yüyürmüşdü, bax:
düymələr Əsliynən yandı qarışıq!

...dan yeri Səmərqənd kağızı kimi!
...kim baxdı gecənin aylı yerindən?
...göz yaşım tərəzi daşı boydadı!
Dartıb qoparacaq Ayı yerindən!


Səsin çəkisi...

(Hər şey birdən-birə oldu...)
O.Vəli

...səs sükutdan daha yalqız,
...daha yalqız masmavi göy!
...hər şey birdən-birə oldu,
hər şey birdən-birə...hər şey!

Birdən-birə bulud gəldi;
beşi ayrı, beşi birdi!
...gözüm sükutun ağzında,
öz səsimi eşidirdim!

Durub getməmək olmazdı...
Nə dəyişəcək qalmaqla?
Eşidirdim: səsim necə
çoxalır nəfəs almaqla!

Nəfəs aldıqca çoxalır...
...nə əkmişdi nə dərdi səs?
Nəfəsin muzdu qədərdi,
öz sükutu qədərdi səs!

Birdən-birə döndü çərx də...
Hər şey birdən-birə...hər şey!
...səs sükutdan daha yalqız,
daha yalqız masmavi göy!


Hər yer eləcə kölgəm...

...mələyi ac, hürüsü tox!
...göy üzü var, yer üzü yox!
...bir üzü az, bir üzü çox!
Hardayam, bura haradı?

Bax, bura divar yeridi,
bura da mismar yeridi;
dünyanın nə dar yeridi...
Hardayam, bura haradı?

..."Ol" mənəm, "Ol" mən!- mən dəli!
Əlindəcə itmiş əli!..
Hanı axırı-əvvəli?
Hardayam, bura haradı?

...ay təki, gün təki mənəm!
...can deyil məndəki...mənəm!
...buranın ən təki mənəm!
Hardayam, bura haradı?


Axşamüstünün şeri...

Bu da tənhalığın sonuncu şeri-
sonbahar sonuna yozılan şer!
...ruhumun çarmıxda tənhalığısan
eheey...axşamüstü yazılan şer!

...əynində axşamın qaranlığıdı!
Tanrım, sənin özgə çuxan yoxdumu?
Səndəmi tək-tənha, yiyəsiz, Tanrım?
Sənə də bir yiyə çıxan yoxdumu?

Hər günüm bir ümid ölüsü kimi...
...yerimi hər yerdə bildirən budu!
...ölür tək qalanın tənhalığı da!
Məni axşamüstü öldürən budu!


Mindən bir gecənin sirri..

Heç sükut da keçə bilmir-
dodağı dodağın üstdə!
...ağappaq gecədi- yatır
yamyaşıl yarpağın üstdə!

...mən təkəm, ömür neçədir?
Saymışam birdən heçədir?!
...Tanrım, nə pünhan gecədi-
pərvanə çırağın üstdə.

Gecədi- göy üzü axın...
Ay batır səhərə yaxın!
...qələmin izinə baxın;
şerdi varağın üstdə!

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar