Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nyu-Yorkun inzibati rayonunun rəhbəri Azərbaycana səfər edəcək

ABŞ-ın Nyu-York şəhərinin azərbaycanlıların sıx yaşadığı Bruklin inzibati rayonun rəhbəri Antonio Reynoso Azərbaycana səfər edəcək.

Bu barədə “Report”un yerli bürosuna müsahibəsində Bruklin inzibati rayonun rəhbəri özü bildirib.

Azərbaycanı ziyarət etməklə hər iki ölkənin son illərdə yaxınlaşan dostluq münasibətlərinə öz tövhəmi vermək istəyirəm”, - o qeyd edib.

Antonio Reynoso bildirib ki, yaxın gələcəkdə 2014-ci ildə imzalanmış dostluq və əməkdaşlıq haqqında protokolla qardaşlaşmış şəhərlər statusu alan Bruklinlə Bakının Səbail rayonu arasında yeni layihələrin reallaşdırılması hədəf seçilib: “Başlıca vəzifələrimdən biri Bruklin rayonunda yaşayan Azərbaycan icmasının burada öz evlərindəki kimi hiss etmələrini təmin etməkdir. Bilirəm ki, Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mətbəxi var. Bakı şəhəri ilə daha yaxından tanış olmaq məqsədi ilə Azərbaycanı ziyarət etməklə hər iki ölkənin son illərdə yaxınlaşan dostluq münasibətlərinə öz töhfəmi vermək istəyirəm. Bunun üçün qarşıda vəzifədə olduğum dörd il müddətinin əla fürsət olacağını düşünürəm”.

A.Reynoso 28 May - Müstəqillik günü münasibəti Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi tərəfindən rayona hədiyyə olunan Amerikanın simvolu, gücün və uzunömürlülüyün rəmzi olan “Bur oak” (Şimali Amerika palıdı) ağacı haqqında da söz açıb: “Bu tarixi hadisə oldu. Bir neçə ay öncə Azərbaycanın BMT-dəki səfiri ilə görüşdüm. Onunla bəzi mövzularda fikir mübadiləsi apardıq. Səfir mənə dedi ki, Bruklində yaşayan azərbaycanlılara göstərdiyiniz diqqət və qayğıya görə sizə hədiyyəmiz olacaq. Bu, palıd ağacı idi və o, bizim üçün olduqca böyük mənaya sahibdir. Bu artıq ənənə halını alacaq və hər il “Lew Fidler” parkında Azərbaycan adına bir ağac əkiləcək”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar