Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp yenidən prezidentliyə namizədliyini irəli sürəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən ölkə başçısı postu uğrunda mübarizə apara biləcəyini deyib.

ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən ABŞ Milli Tüfəng Assosiasiyasının konvensiyasında çıxış edən Tramp qeyd edib ki, 2020-ci ildə o, təmkinini qoruyub və demokratik qubernatorlara iğtişaşların hökm sürdüyü şəhərlərdə müstəqil şəkildə asayişi bərpa etməyə icazə verib, baxmayaraq ki, həmin şəhərlərdə – Minneapolis, Çikaqo, Portlenddə vəziyyət çox çətin idi.

“Əgər bunu bir daha təkrar etsəm, yəni prezidentliyə namizədliyimi irəli sürsəm və qalib gəlsəm, artıq bu qaydalara riayət etmək məcburiyyətində hiss etməyəcəm. İndiyədək heç kimin etmədiyi kimi zorakı cinayətlərin üzərinə çökəcəm”, – deyə keçmiş prezident söz verib.

Tramp dəfələrlə 2024-cü ildə yenidən prezidentlik uğrunda mübarizə aparmağa hazır olduğuna eyham vursa da, bu halda ona xüsusi vergi qaydalarının tətbiq olunacağına işarə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar