Dünən bədbəxt hadisə nəticəsində həlak olan hərbçimiz Məmmədov Mehralı Novruz oğlu dəfn edilib.
O, doğulduğu Tovuz rayonunun Qəribli kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.
O, ötən il hərbi xidmətə yollanıb.
Evin tək oğlu olan Mehralının bir bacısı var.
pia.az